İstanbulda Azərbaycanın Müstəqilliyinin 104-cü ildönümünə həsr edilmiş tədbir keçirilib

Mayın 27-də İstanbulda Azərbaycan İstanbul Baş Konsulluğunun təşkil etdiyi Azərbaycanın Müstəqilliyinin 104-cü ildönümünə həsr edilmiş  təntənəli mərasim keçirilmişdir. 
Olaylar.az xəbər verir ki, mərasim Azərbaycan Respublikasının himni və Türkiyə Respublikasının Istiqlal Marşının səslənməsiylə başlayıb. Açılış  Azərbaycanın İstanbul Baş Konsulu Nərminə Mustafayevanın çıxışı ilə başlayıb. Çıxış zamanı ölkəmizin öz azadlığı uğrunda verdiyi mübarizə və qurbanlardan yaşanan ağır günlərdən Ümumi Milli lider Heydər Əliyev və prezident İlham Əliyevin dövlət quruculuğu yolunda apardıqları uğurlu siyasətin bəhərəlırindən danışılıb.Mərasimdə İstanbulda yaşayan Azərbaycan icmasının qabaqcıl nümayəndələri elm,sənət və iş dünyasının təmsilçiləri iştirak ediblər. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31