Bu gün Türkiyə Təhlükəsizlik Şurası Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcək

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası keçiriləcək.

Toplantıda əsasən terrorla mübarizə məsələsi müzakirə olunacaq.

İclasda Suriyanın şimalındakı təhlükəsiz zonaların genişləndirilməsi, bölgədə terrorçulara qarşı yeni əməliyyatın keçirilməsi ilə bağlı əhatəli məsləhətləşmələr aparılacaq.

Gündəlikdəki digər məsələ isə İsveç və Finlandiyanın NATO-ya üzvlük müraciəti ilə bağlı olacaq. Toplantıda rəsmi Ankaranın bununla bağlı "yol xəritəsi" müzakirə ediləcək.

azerbaycan24

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31