Almaniya Prezidenti Ukraynadakı vəziyyətlə bağlı kütləvi aclıq təhlükəsi barədə xəbərdarlıq edib
26 May 2022 12:06 SiyasətAlmaniya Prezidenti Frank-Valter Ştaynmayer Ukraynadakı vəziyyətlə bağlı dünyanın müxtəlif regionlarında kütləvi aclıq təhlükəsi barədə xəbərdarlıq edib.
"Dünyanın bir çox bölgələri, xüsusilə Şərqi və Cənubi Afrika qarşıdakı aylarda aclıq və ölüm təhlükəsi ilə üzləşə bilər", - Ştaynmayer deyib.
Eyni zamanda, o, Rusiyanın Ukraynadakı müharibəsinin nəticələrinin məhsuldar torpaqların olduğu bölgələrə mənfi təsir etdiyini iddia edib.
Almaniya Prezidenti əlavə edib ki, milyonlarla ton taxılın Ukrayna limanlarında blokadada olması səbəbindən bu məhsulun dünya qiymətləri kəskin artıb.
Bununla bağlı Ştaynmayer yenidən Rusiya hakimiyyətini qoşunları Ukraynadan dərhal çıxarmağa çağırıb
azerbaycan24
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31