Rusiya ordusunda “təmizləmə” –Putin 3 generalı və 2 admiralı qovub

Rusiya ordusunda "təmizləmələrin" getdiyi, üç general və iki admiralın eyni anda vəzifələrindən qovulduğu iddia edilir.

Bu barədə Ukrayna mətbuatı öz mənbələrinə istinadən yazır.

Məlumata görə, qərb hərbi dairəsinin komandiri, general-polkovnik Aleksandr Juravlyov vəzifəsindən uzaqlaşdırılıb. O, 2018-ci ildən bu vəzifəni tuturdu, 2016-cı ildə isə Suriyadakı Rusiya qoşunlarına komandanlıq edirdi.

Şərq hərbi dairəsinin komandiri, general-polkovnik Aleksandr Çaykonun da vəzifədən azad edilməsi ilə bağlı təsdiqlənməmiş məlumatlar var. O, bu vəzifəyə 2021-ci ilin noyabrında təyin edilib. "Rus ordusunun işğalının birinci mərhələsinin uğursuzluğuna görə bu komandirlər günahlandırılacaq", - məlumatda deyilir.

İzyum yaxınlığında qoşun qruplaşmasının komandiri, general-polkovnik Gennadi Jidkonun işdən çıxarılması barədə də məlumatlar var. O, 2021-ci ildə müdafiə nazirinin müavini, Silahlı Qüvvələrin Baş Hərbi-Siyasi İdarəsinin rəisi olub.

Azpost.info

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31