Əli Əsədov Estoniya parlamentinin sədri ilə görüşüb

Azərbaycanın Baş naziri Əli Əsədov mayın 23-də Estoniya Respublikası parlamentinin sədri Yuri Ratas ilə görüşüb.

Olaylar.az bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Görüşdə Azərbaycan-Estoniya münasibətlərinin müxtəlif istiqamətlərdə inkişafından məmnunluq ifadə edilib.

İki ölkə arasında siyasi, ticari-iqtisadi, sərmayə qoyuluşu, nəqliyyat, enerji, humanitar və bir çox digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31