Estoniya Respublikası parlamentinin  sədri Şəhidlər xiyabanını  ziyarət edib

Ölkəmizdə rəsmi səfərdə olan Estoniya Respublikası parlamentinin (Riiqikoqu) sədri Yuri Ratasın başçılıq etdiyi nümayəndə heyəti mayın 23-də Şəhidlər xiyabanını ziyarət edib. Olaylar xəbər verir ki, Estoniyanın parlament nümayəndə heyətinin üzvləri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edərək üzərinə tər çiçəklər düzüb, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyublar.
Daha sonra Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən estoniyalı parlamentarilərə Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Ziyarət zamanı Estoniya Riiqikoqunun nümayəndə heyətini Azərbaycan Milli Məclisi sədrinin müavini Adil Əliyev və digər rəsmi şəxslə müşayiət ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31