Yaz sessiyasının son iclası bu tarixdə baş tutacaq

Milli Məclisin yaz sessiyasının son plenar iclasının vaxtı dəqiqləşib. "Olaylar"-ın məlumatına görə, parlamentin bu ay üçün son iclası mayın 31-də baş tutacaq. İclasın gündəliyi yaxın vaxtlarda elan olunacaq. Qeyd edək ki, Milli Məclisdə yaz sessiyasının bitməsi ilə sonuncu iclasda növbədənkənar sessiyanın elan ediləcəyi gözlənilir. Belə ki, müzakirəsi yarımçıq qalan bəzi qanun layihələrinin olmasını nəzərə alan 42 deputat növbədənkənar sessiyanın keçirilməsi tələbi ilə Milli Məclisin sədri Sahibə Qafarovaya müraciət edib. Sədrin bununla əlaqədar qərarı mayın 31-i açıqlayacağı bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31