Barbarlar Şuşanı fiziki cəhətdən məhv etməyə çalışsalar da, ruhunu zədələyə bilməyiblər-Deputat
23 May 2022 13:37 Siyasət"Şuşa haqqında saatlarla danışıb, yeni kitablar yazmaq olar. Qısaca olaraq qeydlərim: Barbarlar şəhəri fiziki cəhətdən məhv etməyə çalışsalar da, ruhunu zədələyə bilməyiblər. Çünki burda doğulmuş və yaşamış dahilərin Ruhu, xalqımızın Şuşa sevgisi buna imkan verməyib". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Etibar Əliyev qeyd edib ki, Şuşada olarkən bir məsələni də dərk etdim: "Ümummilli liderimiz Heydər Əliyev 1978-ci ilin yanvar ayında qar, çovğun olan bir gündə Vaqifin Türbəsinin açılışında Şuşaya gedib. Bu o deməkdir ki, bu müqəddəs şəhərin yazı, yayı, payızı və qışı bizim özümüzün təbiətidir. Burada günəş şüasından və şaxtan qorxmamışıq. Allah bizi və bu şəhəri belə yaradıb. Ermənilər nə ediblərsə heç nə Şuşanın obrazını dəyişməyib. Dəyişə də bilməz, bura bizim doğma şəhərimizdir, mədəniyyətimizin paytaxtıdır, ruhumuzdur. Bu əziz şəhər haqqında Əhməd bəy Ağaoğlu, Yusif Vəzir Çəmənzəminli, Məmməd Səid Ordubadi əsərlər yazıblar. Şuşanı bu əsərlər vasitəsilə duymuşuq, unutmamışıq. Ən böyük əsər isə Müzəffər Ali baş Komandanın "Dəmir yumruğu" və atası unudulmaz Heydər Əliyevin vəsiyyətini yerinə yetirməsidir. Qəflətən Fateh Sultan Mehmedin möhtəşəm bir ifadəsi yadıma düşdü: "Mənim bu dünyada bircə arzum var, Konstantinapolu mənə verin."