Dünya yeni müharibənin astanasındadır – Bayden bu ölkəni müdafiə edəcək…

Dünyanın gözü və qulağı Ukrayna müharibəsindədir. Ancaq Ukraynadan minlərlə kilometr aralıda da müharibə ehtimalı var.

Çin və Tayvan arasındakı gərginliyi azaltmaq mümkün deyil. ABŞ Çinin dünya işğalına qarşı hazırlaşdığı vaxtda Tayvana yardım vəd edib.
ABŞ Prezidenti Bayden Çinin mümkün işğalı halında Tayvanı hərbi yolla müdafiə edəcəyini söyləyib.

ABŞ-ın Çinin Tayvana güc yolu ilə nəzarəti ələ keçirmək cəhdinə hərbi müdaxilə edib-etməyəcəyi sualına Bayden, "Bu, bizim üzərimizə götürdüyümüz öhdəlikdir",-deyib.

Bayden bəyanatında Ukrayna müharibəsinə də toxunaraq, Ukraynadakı barbarlığa görə Rusiyanın uzunmüddətli bədəl ödəməli olduğunu bildirib.

Sfera.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31