Milli Məclis aparatında xanımlar yüksək vəzifələrə təyin olunurlar
23 May 2022 10:47 Siyasətİlk dəfə olaraq Milli Məclis Aparatının iki şöbə müdiri xanımlardır
Altıncı çağırış Milli Məclisdə gender bərabərliyi məsələsi də daim diqqət mərkəzindədir. Parlamentdə aparılan ilk kadr islahatlarından biri də məhz bu istiqamətdə olmuş, qadınlar Milli Məclis Aparatında şöbə müdiri, şöbə müdirinin müavini, sektor müdiri vəzifələrinə təyin olunublar. Son olaraq Aparatın Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdir müavini, dövlət qulluğunun baş müşaviri Ayan Zəfər qızı Murtuzova qulluqda irəli çəkilərək, həmin şöbənin müdiri vəzifəsinə təyin olunub. İlk dəfə olaraq parlament Aparatının iki şöbə müdiri zərif cinsin nümayəndələridir. Milli Məclisdən "Olaylar"a bildirilib ki, həmçinin qadınlar parlament aparatında şöbə müdirinin müavini, sektor müdiri vəzifələrinə təyin olunmuşlar: "Əvvəllər yardımçı vəzifədə çalışan Milli Məclisin 4 nəfər qadın əməkdaşı isə inzibati vəzifəyə təyin edilmişdir. Bütün bunlar Milli Məclisdə qadınlara göstərilən etimadın və onlar üçün yaradılan imkanın təzahürüdür. Qadınların dövlət qulluğunda irəli çəkilməsi, dövlət idarəçiliyində onlara geniş meydan verilməsi aparılan dövlət siyasətinin tərkib hissəsi kimi dəyərləndirilməlidir".