Avropa müəssisələri Qarabağa və Şərqi Zəngəzura investisiya qoymaqda maraqlıdır - Jalə Əhmədova
17 May 2022 20:58 Siyasət"Avropa İttifaqının 2021-ci ildə Azərbaycanın işgüzar mühiti ilə bağlı araşdırmasına əsasən, Avropa müəssisələrinin 54 faizi Qarabağ və Şərqi Zəngəzura investisiya qoymaqda maraqlıdır".
"OLAYLAR" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Jalə Əhmədova bu gün Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan Biznes Forumu barədə danışarkən vurğulayıb. Millət vəkili bildirib ki, Biznes Forumunda Aİ və Azərbaycan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, ölkəmizdəki biznes mühiti və investisiya imkanları müzakirə olundu:
"Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi, İtaliya-Azərbaycan Ticarət Palatası (ITAZERCOM), COWI Belçika, Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası, InvestBaku və AZPROMO-nın təşkilatçılığı ilə mayın 17-də Bakı şəhərində baş tutan Biznes Forumda iştirak etdim. Foruma İtaliya-Azərbaycan Ticarət Palatasının sədri Manuela Traldinin dəvəti ilə qatıldım".


Süleyman İsmayılbəyli