Milli Məclisə yeni Aparat rəhbəri təyin edilib
17 May 2022 12:25 SiyasətAltıncı çağırış Milli Məclis fəaliyyətə başlayandan ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlara dəstək vermək və parlament Aparatının fəaliyyətini daha da təkmilləşdirmək məqsədilə islahatlar gerçəkləşdirilir.
Prezident İlham Əliyevin gənc, bacarıqlı kadrların rəhbər vəzifələrə irəli çəkilməsi ilə bağlı müvafiq tövsiyəsinə uyğun olaraq, bir çox gənc kadrlar parlament Aparatında müvafiq vəzifələrə təyin olunublar.
Olaylar -ın məlumatına görə, növbəti belə təyinat bu gün gerçəkləşib. Fərid Famil oğlu Hacıyev Milli Məclis Aparatının yeni rəhbəri təyin edilib.
O, bu təyinatadək Milli Məclisin Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri vəzifəsində çalışırdı.
Fərid Hacıyevin Milli Məclis Aparatının rəhbəri təyin olunması da ölkəmizdə həyata keçirilən dövlət siyasətinin və yeni kadr islahatları çərçivəsində bacarıqlı və istedadlı gənclərin yüksək dövlət vəzifələrinə irəli çəkilməsi ilə bağlı Prezident tövsiyəsinin həyata keçirilməsinin növbəti nümunəsidir