Türkiyə Böyük Millət Məclisinin sədri ölkəmizə səfərə gəlib
16 May 2022 18:50 SiyasətMayın 16-da Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun başçılıq etdiyi parlament nümayəndə heyəti İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında iştirak etmək üçün ölkəmizə səfərə gəlib.

Heydər Əliyev Beynəlxalq Hava Limanında Türkiyə parlament nümayəndə heyətini Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, Türkiyə ilə parlamentlərarası dostluq qrupunun rəhbəri Əhliman Əmiraslanov, ölkəmizin Türkiyədəki səfiri Rəşad Məmmədov, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər mayın 18-də başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31