Prezident: Qardaş türk dövlətlərinin Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması məsələsinə münasibəti ölkəmiz tərəfindən yüksək qiymətləndirilir
16 May 2022 15:13 SiyasətQardaş türk dövlətlərinin Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması məsələsinə münasibəti ölkəmiz tərəfindən yüksək qiymətləndirilir.
Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev mayın 16-da Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatasının sədri Nurdinjon İsmoilovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.
Azərbaycanın beynəlxalq əlaqələrinə toxunan Prezident İlham Əliyev ölkəmizin bütün dövlətlərlə, o cümlədən qonşu ölkələrlə yaxşı münasibətlərə malik olduğunu vurğulayaraq, Azərbaycan tərəfinin Ermənistanla sülh müqaviləsinin imzalanmasını təklif etdiyini bir daha xatırladıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31