Qarabağda yeni Qarabağ yox, yeni Azərbaycan yox, həm də yeni Qafqaz qurulur- Deputat

"Mayın 10-da ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü günündə cənab Prezidentin Şuşaya səfəri və oradan Azərbaycan xalqına səslənməsi heç də təsadüfi deyildi. Dövlət başçımızın da bildirdiyi kimi çox təəssüf ki, Heydər Əliyev Şuşanınu gününü görmədi. Ancaq o, Şuşa qarışıq bütün torpaqlarımızın azadlığa qovuşacağını bilirdi və bunun üçün "Əsrin müqaviləsi "nin reallaşdırılmasından tutmuş, Lissabon sammitində ortaya qoyduğu qətiyyət, o qəbildən olan neçə-neçə gedişlər, qrossmeystr dəqiqliyilə yeritdiyi siyasət, özündən sonra İlham Əliyev kimi sədaqətli, əzmli, qorxmaz və yüksək intellektli bir davamçı qoyub getməsinədək əlindən nə gəlirdisə etmişdi. Ona görə də bu gün ruhu şaddır. Gələcəkdə onun da, digər milli məfkurə öndərlərimizin də ruhları daha çox şad olacaq". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Sahib Alıyev Milli Məclisin bu gün keçirilən iclasında deyib. Bildirib ki, cənab Prezidentin mayın 10-dakı səfəri də göstərir ki, işğaldan azad olunan torpaqlarımızda aparılan quruculuq və bərpa işləri əsl yapon kinsuqisidr. Yəni bərpa orijinaldan daha möhtəşəm, daha gözəl alınacaq: "Ümumiyyətlə, Qarabağda sadəcə yeni Qarabağ yox, yeni Azərbaycan yox, həm də yeni Qafqaz qurulur. Mənim fikrimcə, cənab Prezident ulu öndərin 99 illik yubileyində ona görə Şuşadayadı ki, bu gün ora Azərbaycanın mədəniyyət paytaxtından daha çox belə demək mümkünsə, passionarlıq paytaxtına çevrilir. Bu şəhər daha qüdrətli bir millətin, yeni regional konfiqurasiyanın özülünün qoyulduğu geosiyasi mərkəz rolunu oynamağa başlayır. İki qardaş dövlətin təbii olduğu qədər də təmannam budur- əbədi müttəfiqliyini təsbit edən deklarasiya elə-belə Şuşada imzalanmamışdı ki".

Millət vəkili əlavə edib ki, Ukraynada baş verənlərə qlobal və total etiraz onu göstərir ki, bu gün dünyada Ratselin və Haushoferin yaşam alanı nəzəriyyəsi keçərli deyil. Amma onların bildirdiyi kimi dövlətlər doğrudan da canlı orqanizmdirlər və aralarında haqq edənlər böyüməlidirlər, böyüyəcəklər də: "Elə dövlətlərdən biri bu gün bizim Azərbaycanımızdır.Azərbaycan neçə əsrdir qoruyub saxladığı potensialını reallğa çevirməklə öz içinə, öz kökünə, öz möhtəşəm keçmişinə doğru böyüyür. Və bu böyümənin nəticəsidir ki, indi dövlətimizin təsiri sərhədlərindən xeyli uzaqlarda da hiss edilir, gələcəkdə daha güclü hiss ediləcək. Elə bu salonda da Heydər Əliyevin miqyasına görə öz ölkəsinə sığmayan bir lider olduğu dəfələrlə qeyd edilib. Və təkcə biz yox, əcnəbilər də həmişə bunu deyiblər. Bax, bu gün İlham Əliyev Heydər Əliev miqyasına cavab verəcək yeni Azərbacan qurur. Bir daha vurğulayıram ki, o Azərbaycan Qarabağda, Şərqi Zəngəzurda, Şuşada qurulur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31