Millət vəkilindən hərbçilərlə bağlı təklif

Azərbaycan Silahlı Qüvvələrinin pensiya təminatı ilə bağlı ayrıca qanun layihəsi işlənib hazırlanmalıdır. "Olaylar" xəbər edir ki, belə təkliflə Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı çıxış edib. "Hərbi qulluqçuların pensiyasını əmək pensiyası ilə eyni qanunda vermək çaşqınlıq yaradır", - deyə deputat yeni qanunun qəbul olunmasının vacibliyini diqqətə çatdırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31