Qəbul etdiyimiz məsələlər icra olunmur - Deputat

Bizim Milli Məclisdə qaldırdığımız, hətta qəbul etdiyimiz məsələlər icra olunmur. "Olaylar" xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa fikir bildirib. "Biz 6 uşağı olan ailəyə müavinət verilməsi haqqında qanun qəbul edirik. Nazirlər Kabineti qayda tətbiq edir ki, uşaq 1 yaşına çatmalıdır. Onunla əsaslandırırlar ki, görək uşaq sağ qalır, yoxsa yox. Bəs biz bu müavinəti uşaq sağ qalsın deyə verməliyik. Pul verməsək uşaq nə ilə sağ qalacaq?" - deputat qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31