"Nəşriyyatlar can verir, qəzetlər də ölüb" - Deputat
13 May 2022 11:48 Siyasət"Kağızın əlavə dəyər vergisinin götürülməsi ilə bağlı qanun qəbul edildi. Yanvar ayında bu rəsmiləşdirilsə də, Nazirlər Kabineti addım atmayıb". "Olaylar" xəbər verir eli, bu sözləri Milli Məclisin bugun keçirilən plenar iclasında deputat Aqil Abbas deyib: "Nəşriyyatlar can verir, qəzetlər isə can verməkdən də o tərəfə, yoxdur, ölüb. Allaha şükür, qəzet də oxuyan yoxdur, kitab da oxuyan yoxdur. Biz ən az kitab oxuyan olkəyik. Təkcə saytla isə 44 günlük Zəfərin təbliğatı effektli olmayacaq".
Spiker Sahibə Qafarova isə deputatın fikri ilə razılaşmayıb: "Aqil müəllim, hansı statistikada var ki, Azərbaycan ən az kitab oxuyan ölkədir? Mənə elə gəlir bu belə deyil. Kitab oxuyan hər yerdə oxuyur".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31