Səudiyyə Ərəbistanı Azərbaycanla iqtisadi münasibətləri genişləndirmək istəyir

Səudiyyə Ərəbistanının iqtisadi münasibətləri genişləndirmək istədiyi ölkələrdən biri də Azərbaycandır.

Olaylar.az bildirir ki, bunu ölkəmizdə səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının Baş prokuroru Şeyx Səud bin Abdullah Əl Müacib Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşdə deyib.

O, Expo sərgisinin 2030-cu ildə Səudiyyə Ərəbistanında keçirilməsinə verdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib.

Görüşdə ölkəsində qadınların Şura Məclisində, hökumət qurumlarında və prokurorluq orqanlarında təmsil olunduqlarını deyən Baş prokuror Səudiyyə Ərəbistanında qadınların ölkə həyatının bütün sahələrində iştirakına böyük önəm verildiyini diqqətə çatdırıb.

Qonaq Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər zamanı ölkə başçısının rəhbərliyi altında görülən işləri və qazanılan nailiyyətləri təqdir edib.

Görüşdə Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, komitə sədrləri Ziyafət Əsgərov, Zahid Oruc, Səudiyyə Ərəbistanı ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Fatma Yıldırım, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Respublika Baş Prokurorluğunun nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31