“Paşinyan bu prosesdən özü üçün siyasi xallar qazanmaq məqsədilə istifadə edir”

"Ermənistanda revanşistlərin, daşnaqların regionda stabilliyi pozmaq istiqamətində fəaliyyət göstərən şəxslərin aksiyaları demək olar ki, hər gün davam edir. Onların əsas istəyi sülh gündəliyinə kölgə salmaq, Ermənistan və Azərbaycan arasında siyasi sahədə əldə olunmuş razılıqların üzərindən xətt çəkməkdir."

Bunu olaylar.az-a politoloq İlyas Hüseynov söyləyib.

Onun sözlərinə görə, Brüssel sülh gündəliyinə uyğun olaraq Ermənistanla Azərbaycan arasında fəaliyyət genişlənir, eləcə də Ermənistanla Türkiyə arasında da bir sıra mühüm görüşlər həyata keçirilib. Sonuncu görüş Vyanada tərəflər arasında keçirilmiş və orada bir sıra fundamental məsələlər müzakirə olunub. Bu baxımdan revanşistlərin arxasında duran qüvvələr də mövcuddur. Onların da əsas dəstəyi Ermənistanda millətçiliyi daha da alovlandırmağa yönəlmişdir. Bu da eyni zamanda, Ermənistan-Azərbaycan sərhədində atəşkəs rejiminin pozulması və mövqelərimizin atəşə tutulması ilə müşayiət olunur. Bütün bunlar qəbul olunan deyil.

"Azərbaycanın mövqeyi bundan ibarətdir ki, Ermənistanla sülh müqaviləsi imzalansın, iqtisadi və nəqliyyat əlaqələri bərpa olunsun, Zəngəzur dəhlizinin açılması kontekstində məsələlər öz həllini tapsın və Ermənistan-Azərbaycan sərhədlərdən delimitasiyası prosesi icra olunmağa başlasın. Bu baxımdan revanşistlər  Azərbaycan və Türkiyə ilə münasibətlərin əleyhinə olan şəxsləri ilə meydana dəvət etməklə yanaşı, həm də əsgər analarından istifadə edərək Paşinyana qarşı müqaviməti gücləndirirlər. Buna rəğmən Ermənistanda 70 ziyalının aksiyalarını pisləyən bəyanatı da nəzərdədir. Onların əsas istəyi hazırki Qarabağ klanın da dəstək verdiyi siyasi səhnədə silinməsi və bir daha bu cəhətlərdə olmamaqlarıdır. Hazırda Paşinyanın tərəfdarları ilə əleyhdarıları arasında bir sıra insidentlər yaşanır. Polis qüvvələri həm də hakimiyyət əleyhinə və tərəfdarları arasında olan şəxsləri də ayırmaqla məşğuldur.

Paşinyanın elektoratının çoxluğu sosial bazasının genişliyi haqqında fikir söyləmək mümkündür. Bunun əsas göstəricisi, ötən ilin iyun ayında məğlub olmuş və kapitulyasia aktına imza atmış Nikol Paşinyana xalqın etimadıdır. Bu etimad sayəsində Nikol Paşinyan növbədənkənar parlament seçkilərində qalib gəldi. Hazırda parlamentdə onun fraksiyasının deputatları üstünlük təşkil edirlər.  Hökümət də ona sadiq insanlar yer alır. Bu baxımdan Nikol Paşinyan hakimiyyətin bütün eşalonlarında özünə loyal münasibət bəsləyən şəxsləri yerləşdirib. Qeyd edək ki, Paşinyanı devirmək problematik görünür. Onun tərəfdarlarının genişliyi və revanşistləri qınaması da onu göstərir ki, İrəvanın əsas küçə və prospektlərində toplaşan insanların yetərsizliyi və azlığı Ermənistanda siyasi böhranı daha da dərinləşdirməyə və Paşinyanı devirməyə kifayət etmir. Lakin bu vəziyyətin olması sülh prosesinə köklü sürətdə mənfi təsir göstərir. Nikol Paşinyan həm də bu prosesdən özü üçün siyasi xallar qazanmaq məqsədilə istifadə edir. Bu da tamamilə yolverilməzdir. Azərbaycanın mövqeyi isə sülh prosesinin axsamaması, ona hər hansısa maneələr törədilməməsindən, Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirilməsindən ibarətdir"

  Mehriban Xəlilli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31