ABŞ Dövlət Departamenti Tayvanın müstəqilliyinə qarşı olduğunu bildirib

ABŞ Tayvanın müstəqilliyini dəstəkləmir.

Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays keçirdiyi brifinq zamanı söyləyib.

"Vurğulamaq istərdim ki, biz Tayvanın müstəqilliyini dəstəkləmirik və vahid Çin siyasətinə sadiq qalırıq", - o deyib.

N.Prays vurğulayıb ki, ABŞ və Tayvanı Asiya regionunda təhlükəsizliyi qorumaq üzrə yaxın və möhkəm əlaqələr birləşdirir.

Bundan əvvəl ABŞ dövlət katibi Entoni Blinken Tayvanın Çinin "hibrid müharibəsi"ndə ön sıralarda olduğunu bildirmişdi.

trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31