Regionlarda davam etməkdə olan aksiyalar Xankəndiyə də təsirsiz ötüşməyəcək
11 May 2022 15:04 SiyasətKöçəryan - Sarkisyan cütlüyü Paşinyan və Arutunyana qarşı
Ermənistanda baş qaldırmış revanşist qüvvələr Baş nazir Nikol Paşinyana qarşı etiraz aksiyalarını davam etdirirlər. Belə ki, Emənistanın keçmiş rəhbərləri və onlara yaxın çevrələr kütləvi aksiyalar təşkil etməklə ölkədə vəziyyəti gərginləşdirmək, N.Paşinyan iqtidarını devirmək və növbəti dəfə hakimiyyəti zəbt etmək planını gerçəkləşdirməyə cəhd göstərirlər. Siyasi ekspertlərin qənaətinə görə, bu ölkədə təşkil olunan aksiya 1998-ci ildə kütləvi itaətsizlik təşkil etməklə Robert Köçəryanın Levon Ter-Petrosyanın istefasına nail olmaq və hakimiyyəti mənimsəmək ssenarisi ilə eynilik təşkil edir. Başqa sözlə, erməni xalqı 20 ildən artıq bir dövrdə R.Koçaryan-S.Sarkisyan cütlüyünün oğru, talançı və qaniçən rejiminin idarəçiliyinin acı nəticələrini indi də yaşayır.
Son parlament seçkiləri də göstərdi ki, hətta Azərbaycanla müharibədə ağır məğlubiyyət, çoxsaylı insan itkisinə baxmayaraq, erməni xalqı keçmiş cinayətkar və qaniçən rejimin rəhbərlərinə yenidən meydan vermək niyyətində deyil. İndi də bütün cəhdlərə baxmayaraq, onlar Paşinyan hakimiyyətinə təsirli təzyiq göstərmək üçün küçələrə lazımi kontinqenti çıxartmağa və onları hakimiyyətə qarşı səfərbər etməyə nail ola bilmədilər. İndi isə bu cütlük daha əvvəlki ssenarini reallaşdırmaq, Qarabağda vəziyyəti gərginləşdirmək, Araik Arutunyanın aradan götürülməsinə nail olmaq və özlərinin hakimiyyət ehtiraslarını Qarabağdan Ermənistana hakimiyyətə gəlmək yolu ilə həyata keçirmək istyirlər. Məlumata görə, general Samvel Karapetyan Xankəndinin mərkəzində 4 gəncə odlu silahdan atəş açıb. S.Karapetyanın erməni millətçilərinin1988-ci ildən Azərbaycan ərazilərində başladığı terror siyasətinin fəallarındandır, hərbi əməliyyatlarda fəallığı və qəddarlığı ilə seçilib. Hazırda 2008-ci il martın 1-də Ermənistanda 2008-ci il 19 fevralda keçirilmiş prezident seçkilərinin nəticələrinə etiraz edən dinc mitinqçilərin qətlə yetirilməsi ilə bağlı aparılan cinayət işinin nəticələrinə görə, S.Karapetyan aksiya iştirakçılarının gülləbaran edilməsinə birbaşa rəhbərlik edib. Onun R.Koçaryanın tərəfdarı olduğu və Paşinyan hakimiyyətinə qarşı fəallığı ilə seçildiyi deyilir.
Siysi ekspert, Bakı Politoloqıar Klubunun rəhbəri Zaur Məmmədov qeyd edib ki, Samvel Karapetyan erməni cəmiyyətində cani və Robertin cəlladlarından biri kimi tanınır. Məşhur mart 2008-ci il hadisələri zamanı Karapetyan özünün birbaşa rəhbərliyi ilə 20 nəfərlik qrupu həmin vaxt Prezident iqamətgahının zirzəmisində gizlətmiş, 1 mart mitinqləri zamanı məhz həmin dəstənin üzvləri müxalifətin , o cümlədən Ter- Petrosyan və Paşinyanın tərəfdarlarına atəş açmışdır. Görünən odur ki, atəş açmaqda və terrorda xüsusi təcrübələri olan Robert Koçaryan, Samvel Karapetyan, Serj Sarkisyan bəzi xarici dairələrdən uzun müddətdən sonra aldıqları xeyir- dua ilə Nikol Paşinyana qarşı genişmiqyaslı təzyiqə start veriblər. Belə çıxır ki, İrəvanda, Gümrüdə, Üçkilsədə və sair regionlarda davam etməkdə olan aksiyalar Xankəndiyə də təsirsiz ötüşməyəcək.
Bu kontekstdə, yaxın vaxtlarda revanşist qüvvələrin məqsədlərinə çatmayacaqları təqdirdə, Qarabağdakı ermənilər arasında da bölgü aparacaqları istisna deyil. Bəzi iddialara görə, Robert yaxın ətrafı vasitəsilə Arutunyandan mövqe nümayiş etdirməyi tələb edib. Dünən Samvel Karapetyan tərəfindən açılan atəş də separatçılar arasında da vəziyyətin yaxşı olmadığının, Ermənistandakı siyasi mübarizənin yaxın vaxtlarda Xankəndidə daha ciddi şəkildə hiss ediləcəyindən xəbər verir. Bu xüsusda, istisna etmirəm, hətta əminəm ki, son günlərdə Kəlbəcər istiqamətində Azərbaycan ordusuna qarşı törədilən təxribatın arxasında mart ayında Fərruxlu kəndindəki təxribatda olduğu kimi məhz Koçaryan dayanır. Bununla da , Koçaryan və onun komandası "sərhəddəki mümkün uğursuzluq" fonunda Paşinyanın ictimaiyyət qarşısındakı reytinqini çalxalamaq istəyir. Bu təcrübə yeni deyil, bundan əvvəl sülhməramlıların müvəqqəti yerləşdikləri ərazidəki təxribat nəticəsində Paşinyana ciddi şəkildə təzyiqlər edilmişdir. Hətta, Paşinyan sülhməramlıları günahlandıran bəyanatlar da vermişdir.
Hazırda , müəyyən dövlətlər və müxalifət Paşinyanı devdirmək üçün "uyğun" vaxt seçiblər. 1998-ci ildə olduğu kimi bu dəfə də Azərbaycan və Ermənistan arasında ciddi danışıqların getdiyi bir vaxtda Robert Koçaryan keçmiş təcrübəsini ikinci dəfə reallaşdırmaq və legitim hakimiyyəti kürsüdən qovmaq iddiasına düşüb. Tarix yenidən təkrarlanır. Sadəcə indi Ter- Petrosyanın yerinə Paşinyandır. Radikal müxalifətin arxasında isə, elə həmin xarici dairələr və daxildəki qaniçən sosial bazadır. Etiraf etməliyik ki, Ermənistandakı hadisələr sülh prosesinə ziyan vura bilər. Ermənilər əmin olmalıdırlar ki, Paşinyanın mövcud vəziyyət fonunda üzərinə götürdüyü öhdəliklərə əməl etməməsi və ya yeni gələcək hakimiyyətin "öhdəlikləri biz götürməmişik, xain Paşinyan götürüb" kimi mümkün iddiaları - yeni müharibəni labüd edəcək. Ermənistan və Rusiya dövlətləri Üçtəfəfli Bəyanatın tərəfləri kimi üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirmədikləri təqdirdə Azərbaycan xarici siyasət istiqamətləri ilə bağlı ciddi qərarlar qəbul edəcək.
Alim