Qazaxın işğalda olan 7 kəndi necə qaytarılacaq? - Nazir müavini açıqladı
10 May 2022 19:15 Siyasət"Qazaxın 7 kəndi və Kərkinin qaytarılması delimitasiya prosesinin tələbinə uyğun aparılacaq".
Olaylar.az APA-ya istinadən xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
O qeyd edib ki, bu ərazilərin Azərbaycanın tərkibinə keçməsi ilə bağı məsələ aparılan danışıqlar nəticəsində həllini tapacaq.
Nazir müavini, eyni zamanda vurğulayıb ki, Ermənistanla sülh danışıqları Azərbaycanın 5 maddəlik təklifi əsasında aparılacaq.
X. Xələfovun sözlərinə görə, Brüssel görüşündən sonra belə bir qənaət var ki, Ermənistan tərəfi sülh sazişinə və delimitasiya prosesinə başlamağa razılıq verib: "Bu istiqamətdə səylər davam etdirilir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31