"Ali Baş Komandan da çox xoşbəxtdir ki, ata vəsiyyətini yerinə yetirdi"- politoloq İlyas Hüseynov

"Ümumilli lider Heydər Əliyevin Azərbaycan Respublikası üçün fəaliyyəti genişmiqyaslıdır və o, xalqının rifahı, Azərbaycanın inkişafı naminə öz həyatını İfadə etmişdir".

Bu sözləri Olaylar.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.  
"Heydər Əliyev 1969-1982-ci illərdə və 1993-2003-cü illərdə Azərbaycana iki dəfə rəhbərlik etmişdir. Birinci dəfə Sovet İttifaqının tərkibində Azərbaycan SSRİ-nin böyük uğurlar əldə etməsində ümummilli lider Heydər Əliyevin böyük xidmətləri olmuşdur. Eyni zamanda, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra ölkənin ən çətin dönəmində Azərbaycana rəhbərlik məsuliyyətini üzərinə götürmüş və ölkəni uğurlara daşımışdır.
1994-cü ildə dünyanın aparıcı neft şirkətləri ilə imzalanmış "Əsrin Müqaviləsi" ölkəmizin dayanıqlı inkişafında ən başlıca rola malikdir. Neft gəlirlərinin insan kapitalına çevrilməsi ölkəmizin çoxşaxəli inkişafı və iqtisadi-siyasi, hərbi sahədə əldə olunan uğurlara səbəb olmuşdur. Eyni zamanda, hərbi sahənin gücləndirilməsi, ölkənin müdafiə qabiliyyətinin artırılması və hərbçilərimizin peşəkarlığının artırılması istiqamətində müxtəlif təlim və seminarların keçirilməsi də ölkəmizin ərazi bütövlüyünə yönəlmişdir.
Ermənistanın Azərbaycana təcavüzünün qarşısının alınması istiqamətində beynəlxalq və regional təşkilatların qəbul etdiyi qərar və qətnamələr Azərbaycanın haqlı mövqeyini bir qədər də gücləndirmiş və normativ hüquqi bazanı artırmışdır. Bunun sayəsində ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi istiqamətində fəaliyyəti məhz Heydər Əliyevin diplomatik səyləri nəticəsində mümkün olmuşdur.
ATƏT-in İstanbulda və Budapeştdə keçirilmiş sammitlərində ölkəmizin xeyrinə qəbul olunan qərarlar Heydər Əliyevin müdrik siyasətçi olmasından xəbər verir. Eyni zamanda, iqtisadi sahədə əldə olunan uğurlar və sosial inkişafın daha da gücləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlər ilk növbədə Azərbaycan vətəndaşlarına yönəlmişdir.
Bu gün Azərbaycan 30 ilə yaxın işğalda olan torpaqlarını işğaldan azad etmişdir və bu fəaliyyət Müzəffər Ali Baş Komandan İlham Əliyevin adı ilə bağlıdır. Ali Baş Komandan da çox şaddır və xoşbəxtdir ki, ata vəsiyyətini yerinə yetirdi və Şuşanın işğaldan azad olunduğu gündə xalqa müraciətində bu fikirlər səslənmişdir. Eyni zamanda, Azərbaycanın dünyanın aparıcı geosiyasi aktrna çevrilməsi də dövlət və dövlətçiliyimizin banisi hesab olunan Heydər Əliyevin əsasını qoyduğu strateji xəttin bir nəticəsidir. Bundan sonra da ölkəmizin inkişafında hər zaman ən çətin anda xalqın yanında olan və ürəyi xalq ilə döyünən Heydər Əliyev xatırlanacaq və Heydər Əliyevin misilsiz xidmətləri hər zaman hər kəs üçün bir örnək olacaqdır".

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31