Müstəqil Azərbaycan qarşısında ən önəmli xidmətlər

Bu gün Ümummilli lider Heydər Əliyevinin anadan olmasının 99-cu ildönümüdür.
Bu anlamlı gündə o böyük şəxsiyyətin Müstəqil Azərbaycan Respublikası qarşısındakı ən önəmli xidmətlərini birgə xatırlayaq:
-Resoublika siyasi sabitliyin təminatı;
-Çağdaş Azərbaycan Dövlətinin Əsas Qanunu - müstəqil respublikamızın ilk Konstitusiyasının hazırlanması və qəbulu; Konstitusiya Məhkəməsinin və İnsan hüquqları üzrə Müvəkkilliyin (Ombudsman təsisatının) yaradılması; 
-Ölüm hökmünün ləğv edilməsi və islahat xarakterli onlarla digər demokratik təşəbbüslər və gerçək hüquqi addımlar;
- İqtisadi müstəqilliyin təmin olunması strategiyası - Bazar iqtisadiyyatının qurulması, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, özəlləşdirmə proqramının, aqrar islahatların həyata keçirilməsi;
-1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi" adlandırılan ilk neft müqaviləsinin imzalanması. Azərbaycanın dayanıqlı inkişafının əsasını təşkil edən Bakı-Tiflis-Ceyhan neft, Bakı-Tiflis-Ərzurum qaz kəmərlərinin çəkilişi; 
-Azərbaycanın nizami silahlı qüvvələrinin yaradılması ilə bağlı təxirəsalınmaz tədbirlər görülməsi, hərbi intizamın möhkəmləndirilməsi və 26 iyun - Əlahiddə Azərbaycan Korpusunun yarandığı günün Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olunması; 
-Qısa müddətdə ölkəyə sərmayə axınını stimullaşdıran çağdaş innovativ inkişaf modelinin gerçəkləşdirilməsi; Sahibkarlığa, sərbəst rəqabətə yol açan və liberallığı özündə ehtiva edən sosialyönümlü iqtisadiyyat modelinin əsasının qoyulması;
-1998-ci il 6 avqust tarixli "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" Fərmanla ölkədə KİV üzərində senzuranın ləğv edilməsi; mətbuatın inkişafına xidmət edən institusional təşəbbüslər, milli mətbuatın inkişafına dəstək göstərilməsi; 
-Milli həmrəyliyin təmin edilməsi; Dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaradılması; müvafiq dövlət orqanının təsisi və Dünya Azərbaycanlılarının Qurultaylarının əsasının qoyulması; 
- Müstəqilliyi, xalqın, dövlətin maraqlarını qorumaq və mümkün olan ən düzgün qərarın verilməsinə əminliyin yaranması; 
- Azərbaycan dili ilə bağlı tarixi təşəbbüslər; ana dilimizin inkişafı və qorunması işinin daha da gücləndirilməsi;
-Gənc nəslə diqqət və qayğınının dövlət siyasətinin əsas yönlərindən birinə çevirilməsi; Ayrı-ayrı dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək, dövlət gənclər-idman siyasətini həyata keçirməkçün Gənclər-İdman Nazirliyinin yaradılması, Müstəqil Azərbaycan Respublikası Gənclərinin Forumlarının əsasının qoyulması, ilk Forumun (1996) keçirildiyi 2 fevral gününün Azərbaycan Gəncləri Günü elan edilməsi...

RUHU ŞAD OLSUN!

Əkbər QOŞALI

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31