Bu il seçkilərdə 5 milyon 238 min seçici iştirak edəcək

Fevralın 6-da “Resurs” Analitik İnformasiya Mərkəzinin sədri Rasim Quliyev  Milli Məclisə növbədənkənar seçkilərlə bağlı apardığı araşdırmalarla bağlı mətbuat konfransı keçirdi.

Fevralın 6-da "Resurs" Analitik İnformasiya Mərkəzinin sədri Rasim Quliyev  Milli Məclisə növbədənkənar seçkilərlə bağlı apardığı araşdırmalarla bağlı mətbuat konfransı keçirdi. İlk olaraq mərkız haqqında məlumat verən sədr qeyd etdi ki, mərkəz ötən ilin avqust ayından qeydiyyatdan keçib. Təşkilatın məqsədi ölkədə, regionda və dünyada baş verən hadisələri araşdırmaq və bu haqda ictimaiyyəti məlumatlandırmaqdır.

Olaylar.az bildirir ki, mərkəzin parlament seçkiləri ilə bağlı apardığı araşdırmalar zamanı maraqlı faktlar ortaya çıxıb. Beləki, 2020 -ci ildə  parlament seçkilərində 5 milyon 238 min seçici qeydiyyata alınıb. Bundan öncəki seçkilərdə - 2005-ci il parlament seçkilərində seçici fəallığı 42 faiz, 2010-cu ildə 46 faiz olduğu halda, 2015-ci ildə bu rəqəm 55 faiz olub.

Konfransada Milli Məclisə seçkilərlə əlaqədar deputatlığa namizədliyi qeydə alınan şəxslərin yaş həddi üzrə statistikası da açıqlanıb. Sədr bildirib ki, deputatlığa namizədliyi qeydə alınan şəxslərin yaş bölgüsü seçkiyə böyük inam olmasını bir daha sübut edir:

"Belə ki, deputatlığa namizədliyi qeydə alınan şəxslərdən 82 nəfəri 18-28, 407 nəfəri 29-39 yaş, 542 nəfəri 40-45 yaş, 221 nəfəri 56-66 yaş, 43 nəfəri isə 67 yaşdan yuxarı olan şəxslərdir. 1998-ci ildə anadan olan və hazırda 22 yaşı olan 8 nəfər deputatlığa namizədliyini irəli sürüb.

Eyni zamanda 1938-ci il təvəllüdlü 2 nəfərin də deputatlığa namizədliyi qeydə alınıb".

Keçən il bələdiyyə seçkilərində isə 32,2 faiz seçici fəallığı olub. Bu isə onu göstərir ki, bələdiyyə institutu ölkədə yeni olduğundan, seçicilərdə bu təsisatla bağlı maarifləndirmə zəifdir. Ona görə də bələdiyyə seçkilərinə maraq azdır. Ölkədə Milli Məclisə seçkilərdə seçici fəallığı sonuncu dəfə 55 faiz olduğu halda, prezident seçkilərində bu göstərici 85 faiz olub".

Siyasi ekspert bildirib ki, növbədənkənar parlament seçkiləri ilə əlaqədar Mərkəzin bir çox dairələrdə apardığı araşdırma göstərir ki, bu dəfəki seçki standartlara cavab verir: "Seçki daim yenilənən texnologiyadır. Ən inkişaf etmiş, inkişaf etməmiş və inkişafda olan ölkələrdə də seçki daim inkişaf edən mexanizmdir. Azərbaycanda ucqar kəndlər istisna olmaqla, bütün məntəqələr kameralarla təchiz olunub və digər hazırlıq işləri görülüb. Seçicilərin barmaqlarına gec pozulan maye vurulması, kamera quraşdırılması seçkinin şəffaf keçirilməsinə şərait yaradır. Hazırda vətəndaşların özündə seçki qanunu pozmaq qorxusu yaranıb. Artıq insanlar vəzifə borclarını dərk edir, məsuliyyətli olmağa çalışır.

Hazırda növbədənkənar parlament seçkilərinə namizədliyin irəli sürülməsi, qeydə alınması, seçicilərlə görüşün təmin olunması prosesin şəffaf keçirilməsinə hər cür şəraitin yaradılmasından xəbər verir. Apardığımız araşdırmalar nəticəsində bu günə qədər prosesdə ciddi qanun pozuntusu qeydə alınmayıb. Bəzi namizədlər arasında hüquqlarını bilməməzlikdən kiçik qanun pozuntuları olub. Bu da bütün dünyada müşahidə olunur. Amma bunun özü də arzuolunmazdır".

Rasim Quliyev bildirib ki, Azərbaycanda seçkiyə hazırlıq bütün hallarda tam qanuni həyata keçirilib: "Araşdırmalarımız zamanı maraqlı nüanslar əldə edilib.
Parlament seçkilərində 19 siyasi partiya, 1 ittifaq və 2 blok tərəfindən 2431 nəfər dairə seçki komissiyalarına müraciət edb. Onlardan 1637 nəfərin namizədliyi qeydə alınıb. Sonradan 312 nəfər geri götürüb. Yeni Azərbaycan Partiyasının, demək olar ki, bütün dairələrdən namizədləri var.

Sədr qeyd edib ki, yaş həddi arasında bu cür bölgü cəmiyyətdə 1998-ci ildən sonrakı dövrdə islahatçılıq, yenilik abu-havasının mövcudluğunu göstərir: "İslahatların nəticəsini parlment seçkilərində iştirak edən deputatlığa namizədlərin sayında görürük".

Rasim Quliyev bu il seçkilərdə 5 milyon 238 min seçicinin qeydiyyatdan keçdiyini və bu seçicilərin 125 dairə üzrə paylaşıldığını bildirdi:

"Bu illər ərzində keçirilən seçkilərdə olan seçici aktivliyi də bunun bariz nümunəsidir. Belə ki, 2005-ci ildə keçirilən seçkilərdə - 42 faiz, 2010-cu ildə - 46 faiz, 2015-ci ildə isə 55 faiz seçici aktivliyi müşahidə olunub. Keçən il dekabrda keçirilən bələdiyyə seçkilərində isə 32,2 faiz seçici aktivliyi qeyd olunub. Bu, təsisatların özünə seçicilərin münasibətinin fərqli olmasından qaynaqlanır. Çünki Prezident seçkilərində seçici aktivliyi 80% faizdən çox olub".

Rasim Quliyev vurğulayıb ki, parlament seçkilərində iştirak edən namizədlərin 22,58 faizi qadınlardır: "Bu göstərici ilk dəfə rekord həddə qeydə alınır".

Parlament seçkilərində iştirak etmək istəyənlərin əksəriyyəti ziyalı təbəqə və daha çox jurnalistlər olduğunu vurğulayan Rasim Quliyev bildirdi ki, onların seçkidə aktiv iştirakı onu göstərir ki, ziyalı təbəqə seçkilərdə maraqlıdır:

"Parlament seçkiləri bələdiyyə seçkilərindən dərhal sonra keçirildiyindən bütün dairələr seçkiyə hazırdır. Seçki hazırlığı müasir standartlara uyğundur. Seçkidə iştirak edən, xüsusən, müxalifət namizədləri etiraf edirlər ki, seçkiyə hazırlıq yüksək səviyyədədir, heç bir namizədə maneə yaradılmayıb".

Ay An

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31