Dövlət başçısının müsahibəsi xalqa xidmətinin tərənnümüdür” – Şərh

Dövlət başçısının müsahibəsi xalqa xidmətinin tərənnümüdür” – Şərh

"Güclü lider, güclü xalqın göstəricisidir. Kütləvi informasiya vasitələri siyasi institutdur. Bununla yanaşı KİV cəmiyyətin inkişaf xüsusiyyətlərini özündə əks etdirir. Mətbu orqanlar cəmiyyət və dövlətin bütün üzvlərinə açıqdır. Azad təsisat orqanıdır. KİV xalqın carçısı, xalqın ən yaxın dostudur. Prezident Cənab İlham Əliyevin müsahibə verməsi xalqa yaxın olduğunun, xalqa xidmətinin göz önündə olmasının tərənnümüdür. Müsahibə bir növ qarşılıqlı sual-cavab kodeksində keçirilmişdir".

Bu fikirləri Olaylar.az-a siyasi ekspert Əli Miriyev deyib.

O bildirib ki,ölkə rəhbərinin müsahibəsi 2019-cu il hesabat xarakteri daşıyır: "İlham Əliyev ilin ölkəmiz üçün mühüm əhəmiyyətə malik olduğunu qeyd etmişdir. Bu il dövlətimiz adına xüsusi uğurlar qazanılmışdır. Xüsusilə xarici siyasət sahəsini qeyd etmək istərdim ki, beynəlxalq və qlobal miqyasda tədbirlərin keçirilməsi buna bariz nümunədir. Dünya dini liderlərinin ölkəmizdə keçirilməsi, qoşulmama hərəkatına bundan sonra sədrliyimiz beynəlxalq imici yüksəldəcəkdir.  Respublikaya il ərzində 40 dan çox dövlət başçılar rəsmi, işgüzar səfərlər etmişdirlər. 

Ekspert qeyd edib ki, müsahibədə ölkəmizin Avropaya inteqrasiyasından da söhbət açılmışdır: "Məsələnin siyasi istiqaməti Avropa ittifaqına aid edilir. İttifaqın sədrinin respublikaya rəsmi səfəri ölkədə baş verən hadisələrin qiymətləndirilməsinə xüsusi təkan verir. Yeni müqavilə və razılıqların imzalanmasına imkan açır. Verilən suallar aktual məsələləri əhatə edir. Jurnalistlər yeni islahatlara, xüsusilə kadr məsələlərinə də toxunmuşdurlar. Cənab Prezident bu məsələylə bağlı çıxışında qeyd etmişdir: "Bəlkə beş il bundan əvvəl bu cür kadr islahatları aparmaq düzgün olmazdı, amma iki il bundan sonra da artıq gec olardı. Ona görə hesab edirəm ki, kadr islahatları, struktur islahatları zamanında aparılır".

Ə. Miriyev əlavə edib ki, qarşılıqlı sual-cavab şəklində keçirilən görüşdə ölkədə gedən xoşagəlməz hadisələr də qeyd edilmişdir: "İstər müxalif partiyanın hərc mərcliyi, qanunsuz əməlləri və keçmiş icra rəhbərlərinin özbaşınalığı. Bu suala cavabında ölkə rəhbəri cənab İlham Əliyev daim xalqı üçün çalışdığını, onların rifahının qaldırılması üçün səylər göütərdiyini söyləmişdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31