Tural Gəncəliyev Flora Qasımovanın təmsil olunduğu "dairəni" seçdi
Tural Gəncəliyev Flora Qasımovanın təmsil olunduğu "dairəni" seçdi
25 Dekabr 2019 16:27 SiyasətAzərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının sədri Tural Gəncəliyevin 9 fevral 2020-ci il tarixli parlament seçkilərinə qatılması xəbəri rəsmən təsdiqlənib. "Olaylar" xəbər verir ki, bu barədə İcmadan verilən məlumatda bildirilib ki, T. Gəncəliyev 122 saylı Xankəndi seçki dairəsindən namizədliyini irəli sürməyi qərara alıb. Xatırladaq ki, hazırda sözügedən dairəni hazırda 4 və 5-ci çağırış MM-in üzvü olan Flora Qasımova təmsil edir. O, bu dəfə seçkilərə qatılmayacağını bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31