Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlıqda maraqlıdır- TƏHLİL
Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlıqda maraqlıdır-TƏHLİL
25 Dekabr 2019 13:06 SiyasətAvropa İttifaqı ilə saziş bərabərhüquqlu əməkdaşlığa zidd olan bütün məqamlardan azad olmalıdır
Müstəqil Azərbaycan müasir dövrün çağırışlarına uyğun olaraq nəinki dünyanın aparıcı dövlətləri, eləcə də nüfuzlu beynəlxalq təşkilatları ilə ikitərəfli, bərabərsəviyyəli əməkdaşlıqda maraqlıdır. Elə bu səbədən də Azərbaycan Prezidentinin yürütdüyü uzaqgörən, milli mənafelərə söykənən siyasəti nəticəsində dünyadakı bütün güc mərkəzləri ilə eyni məsafədə dayanaraq, qarşılıqlı maraqlara söykənən əməkdaşlıq qurulub. Nəzərə almaq lazımdır ki, bu siyasət Azərbaycan kimi mürəkkəb geosiyasi, geoiqtisadi bir coqrafı məkanda yerləşən ölkə üçün elə də asan məsələ deyil. Çox nadir ölkələr ola bilər ki, belə mürəkkəb coğrafi məkanda yerləşib, həm öz milli, həm də digər güc mərkəzlərinin maraqlarına ziyan vurmadan bərabər səviyyədə balanslaşdırılmış siyasət yürütsün. Şübhəsis ki, bu, böyük peşəkarlıq tələb edir ki, bunu da Azərbaycan Prezidenti İlham Əliyev bacardı. Məhz Prezident İlham Əliyev belə bir siyasətin müəllifi olmaqla, Azərbaycanı beynəlxalq aləmə, özünü etibarlı tərəfdaş ölkə kimi təqdim etməyi bacardı, ölkəmizin beynəlxalq aləmdə böyük nüfuz sahib olmasına gətirib çıxardı. Məhz bu uğurlu siysət nəticəsində dünyanın güc mərkəzlərinin Azərbaycana hörmət etməsi ilə yanaşı, onunla etibarlı tərəfdaş kimi çıxış etməsinə nail olunub.
Hazırda Azərbaycan Respublikası beynəlxalq təşkilatların işində fəal iştirak edərək milli maraqlarını qlobal siyasətdə müdafiə etməklə üzləşdiyi təhlükəsizlik problemlərinə tərəfdaş dövlətlərin diqqətini cəlb edir. Müxtəlif maraqların toqquşduğu Cənubi Qafqaz regionunda balanslaşdırılımş xarici siyasət xətti yürüdən rəsmi Bakı bütün beynəlxalq və regional məsələlərə münasibətdə beynəlxalq norma və prinsiplərə əsaslanaraq ayrı-ayrı dövlətlər və təşkilatlarla bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan əlaqələrə üstünlük verir. Azərbaycanın belə əməkdaşlığın inkişafına böyük önəm verdiyi nüfuzlu təşkilatlardan biri də Avropa İttifaqıdır (Aİ). Avropa və Asiyanın kəsişmə nöqtəsində yerləşən Azərbaycanın strateji mövqeyi Avropa İttifaqına üzv dövlətlərlə siyasi və iqtisadi münasibətləri inkişaf etdirməkdir. Avropa İttifaqı tərəfindən irəli sürülmüş Vahid Avropa Birliyi formulu Azərbaycan üçün çox önəmlidir. Bu model region dövlətlərlə nüfuzlu qurum arasında əməkdaşlığın ən müxtəlif istiqamətlərdə möhkəmləndirilməsinə yönəlib. Təşkilatla 1993-cü ildə əsası qoyulmuş diplomatik münasibətlər son 16 ildə qarşılıqlı maraqlar əsasında yüksələn xətlə inkişaf etməkdədir. Avropa İttifaqı ilə çoxşaxəli əməkdaşlıq Azərbaycanın xarici siyasət doktrinasında mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Rəsmi Bakı Avropa İttifaqı ilə bir sıra hüquqi sazişlər imzalamaqla azad bazar iqtisadiyyatının tam bərqərar olması, insan hüquqlarına və milli azlıqların hüquqlarına riayət edilməsi məsələlərinə dair təşkilata nəzarət-yoxlama səlahiyyətləri vermiş, əvəzində qurumdan ölkəmizə qarşı hər hansı diskriminasiya xarakterli qərarın qəbul olunmayacağına təminat alıb.
Hazırda həyata keçirilən uzaqgörən və milli maraqlara söykənən siyasət nəticəsində son dövrlərdə Azərbaycanla Avropa ittifaqı (Aİ) arasına münasibətlər yeni əməkdaşlıq mərhələsinə qədəm qoyub. Artıq bir neçə ildir ki, yeni saziş üzərində iş aparılır. Sazişin imzalanmasının uzanması isə sənəddə əksini tapan bir sıra məqamlarla bağlıdır ki, həmin müddəalar ölkəmizin maraqlarına cavab vermir. Prezident İlham Əliyev yerli mətbuat nümayəndələrinə verdiyi müsahibədə bildidirb ki, Avropa İttifaqı ilə yeni saziş hər iki tərəfin maraqlarını təmin etməlidir: "Deyə bilərəm ki, bir neçə ildir yeni saziş üzərində iş aparılır. Bizim əvvəlki saziş uzun illər bundan əvvəl imzalanmışdır və yeni sazişə əlbəttə ki, ehtiyac var. Biz hesab edirik və təklif etmişik ki, bu saziş hər iki tərəfin maraqlarını təmin etməlidir, əks halda, sazişə ehtiyac qalmayacaq. Biz, eyni zamanda, Avropa İttifaqına üzv ölkələrlə ikitərəfli formatda uğurla əməkdaşlıq aparırıq və 28 ölkədən 9-u ilə bizim strateji tərəfdaşlıq haqqında sənədlər ya imzalanıbdır, ya da qəbul edilibdir. Yəni, hesab edirəm ki, Avropa İttifaqı ilə imzalanacaq sazişin təməli bax, bu 9 sənəddə təsbit edilib. Hesab edirəm ki, gələcək sazişdə həm strateji əhəmiyyət daşıyan məsələlər, həm də Azərbaycanı maraqlandıran, bizim maraqlarımıza xidmət edən məsələlər öz əksini tapmalıdır. Saziş bərabərhüquqlu tərəflər arasında imzalanmalıdır, saziş bütün bərabərhüquqlu əməkdaşlığa zidd olan məqamlardan azad olmalıdır. Bu təqdirdə, əlbəttə ki, sazişin imzalanması mümkün olacaqdır. Deyə bilərəm ki, sazişin bəndlərinin mütləq əksəriyyəti razılaşdırılıb, məsələlərin təqribən 90 faizi razılaşma əsasında öz həllini tapıb. Hesab edirəm ki, qalan məsələlər xoşniyyətli ab-hava çərçivəsində öz həllini tapmalıdır. Bilirsiniz, sazişlə bağlı bəzi hallarda mətbuatda həqiqətə uyğun olmayan fikirlər səsləndirilir. O cümlədən bir fikir ondan ibarətdir ki, Avropa İttifaqı bu sazişi bizimlə ona görə imzalamır ki, biz Avropa İttifaqına uyğun olan hansısa meyarlara cavab vermirik. Bu, tamamilə əsassız bir fərziyyədir, belə məsələ gündəlikdə yoxdur. Onu da açıq bildirməliyəm ki, sazişin bu günə qədər imzalanmamasının səbəbkarı da bizik. Nəyə görə? Bunu da mən izah edəcəyəm. Çünki hesab edirəm ki, cəmiyyətdə bu məsələ ilə bağlı tam dəqiq məlumat olmalıdır. Sazişin bir neçə məsələsi hələ ki, müzakirə mövzusudur. Biz təklif olunan məsələlərə öz razılığımızı verməmişik və bunun səbəbi var. Onlardan biri ticarətlə bağlıdır. Bildiyiniz kimi, Azərbaycan Dünya Ticarət Təşkilatının üzvü deyil. Baxmayaraq ki, biz bir neçə ölkə ilə müzakirələri ikitərəfli formatda artıq başa vurmuşuq, ancaq mən hesab edirəm ki, hələ vaxt gəlib çatmayıb. Bunun da səbəbi ondan ibarətdir ki, bizim ixracımızın əsas hissəsi hələ ki, neft-qaz məhsullarıdır və bu məhsulları ixrac etmək üçün Dünya Ticarət Təşkilatına üzv olmaq lazım deyil. Digər tərəfdən, bizim əsas vəzifəmiz qeyri-neft sektorunun inkişafıdır, yerli istehsalın artımıdır və belə olan halda biz daxili bazarımızı da qorumalıyıq. Əgər biz indi Dünya Ticarət Təşkilatına üzv olsaq, bizim istehsalçılar, o cümlədən sənaye sektorunda, kənd təsərrüfatı sektorunda böyük problemlərlə üzləşə bilərlər. Ola bilsin ki, Azərbaycana keyfiyyətsiz və bizim bazarımızı zəbt etmək məqsədi daşıyan böyük həcmdə idxal məhsulları gələcək və beləliklə, yerli istehsala böyük ziyan vurulacaq. Onu da bildirməliyəm ki, hazırda Dünya Ticarət Təşkilatı çərçivəsində də böhran yaşanır. Bildiyiniz kimi, Amerika Birləşmiş Ştatları bu təşkilatda öz üzvlüyünə yenidən baxır. Demək olar ki, bəzi ölkələr arasında - təşkilata üzv olan ölkələr və müttəfiq ölkələr arasında ticarət müharibələri baş alıb gedir və genişlənir. Belə olan halda, əlbəttə ki, bu məsələyə bizim ehtiyatlı yanaşmağımız çox məntiqlidir və əsaslıdır. Ona görə imzalanacaq sazişdə ticarətlə bağlı məsələlər bizi qane etmir və biz qarşı tərəfə öz fikirlərimizi bildirmişik. Ümid edirik ki, onlar buna anlayışla münasibət göstərəcəklər".
Göründüyü kimi Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasət bir daha onu sübut etdir ki, bu siyasət Azərbaycanın beynəlxalq aləmdəki yerinin və mövqeyinin möhkəmlənməsinə xidmət etməklə yanaşı, milli maraqlarımaza xidmət edən siyasətdir. Elə bu səbədən də 2019-cu ildə Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr uğurla inkişaf edib. Həmçinin, Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq prioritetləri adlı sənəddə Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə edilib. Azərbaycan Avropa İttifaqına üzv olan 28 ölkədən 9-u ilə strateji tərəfdaşdır. Azərbaycan tərəfi hesab edir ki, Avropa İttifaqı ilə sazişdə həm strateji əhəmiyyət daşıyan, həm də Azərbaycanın maraqlarına xidmət edən məsələlər öz əksini tapmalıdır. Avropa İttifaqı ilə saziş bərabərhüquqlu əməkdaşlığa zidd olan bütün məqamlardan azad olmalıdır. Məsələ orasındadır ki, Azərbaycan bütün dünya ölkələri, təşkilatlar və qurumlarla qarşılıqlı maraqlara uyğun bərabərhüquqlu tərəfdaşlıq münasibətlərində maraqlıdır . Yəni, qarşılıqlı maraqlara söykənən əlaqələr qurmağı hədəf seçib. Azərbaycan heç bir halda kiminsə diqtəsi ilə siyasət həyata keçirmir və siyasətini buna uyğun qurmur. Aİ ilə münasibətlərin qurulmasında da bu siyasət prioritet hesab olunur.
Alim
Olaylar.az