Əli Məsimli də seçkilərə qatıldı
Əli Məsimli də seçkilərə qatıldı
25 Dekabr 2019 12:24 SiyasətBeşinci çağırış Milli Məclisin deputatı Əli Məsimli parlament seçkilərinə yenidən namizədliyini irəli sürüb. "Olaylar" xəbər verir ki, bu barədə Əli Məsimlinin köməkçisi Vüsal Baxışov məlumat verib. O, qeyd edib ki, deputat bu dəfə də 114 saylı Şəki kənd birinci seçki dairəsini seçib. V.Baxışov onu da vurğulayıb ki, böyük ehtimalla sabahdan Əli Məsimlinin namizədliyinin təsdiqi üçün lazım olan imzaların toplanmasına başlanacaq. Qeyd edək ki, Əli Məsimli 2015-ci ildən həmin dairənin deputatıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31