Musa Qasımlı da parlament seçkilərinə qatılır

Musa Qasımlı da parlament seçkilərinə qatılır

V çağırış Milli Məclisin daha bir deputatı yenidən parlament seçkilərinə qatılır. "Olaylar"  xəbər verir ki, 72 saylı Yardımlı - Masallı seçki dairəsinin deputatı Musa Qasımlı 9 fevralda keçiriləcək növbədənkənar seçkilərdə iştirak edəcəyini bildirib.

"Ya Allah! Əziz dostlar! Seçicilərimin çoxsaylı müraciətini nəzərə alaraq yola davam etmək üçün 72 saylı Yardımlı- Masallı seçki dairəsindən deputatlığa namizədliyimi bu gözəl gündə- dekabrın 24-də irəli sürürəm. Bütün iddiaçılara hörmət və ehtiramımı bildirirəm. Millətimizə və dövlətimizə xeyirli- uğurlu olsun! İnşaallah!", - Musa Qasımlı sosial şəbəkədən bəyan edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31