Ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr
Ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr
23 Dekabr 2019 11:28 SiyasətAzərbaycanda ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb.
Saat 10:00-a olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu dairə 51 saylı Qusar Seçki Dairəsidir.
Bu seçki dairəsində seçici fəallığı 13,93 faiz olub.
Saat 10:00-a olan məlumata görə, seçici fəallığının ən aşağı olduğu dairə 40 saylı Kəpəz İkinci (Gəncə) Seçki Dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 4,38% olub.
Qeyd edək ki, Azərbaycanda keçirilən bələdiyyə seçkilərində saat 10:00-dək olan seçici fəallığı 10:00-dək 8.51 faiz olub. Səsvermə hüququna malik 4 972 356 seçicidən bu saatadək 423361 nəfərinin səs verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31