Prezident İlham Əliyev Qətər Dövlətinin Əmirini təbrik edib
Prezident İlham Əliyev Qətər Dövlətinin Əmirini təbrik edib
17 Dekabr 2019 16:47 SiyasətPrezident İlham Əliyev Qətər Dövlətinin Əmiri Əlahəzrət Şeyx Təmim bin Həməd Al Taniyə təbrik məktub göndərib.
Olaylar.az AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:
"Əlahəzrət,
Qətər Dövlətinin milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan-Qətər əlaqələri xalqlarımızın mənafelərinə uyğun olaraq daim inkişaf edəcək və genişlənəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Qətər xalqına sülh və rifah diləyirəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31