"Ukrayna Cənub Qaz Dəhlizini dəstəkləyir" - Rəsmi
"Ukrayna Cənub Qaz Dəhlizini dəstəkləyir" - Rəsmi
17 Dekabr 2019 14:54 Siyasət"Ukrayna ilə Azərbaycan beynəlxalq miqyasda tanınan sərhədlər daxilində ərazi bütövlüyü və suverenliyi bərpa etmək məsələsində bir-birini dəstəkləyir".
Bunu Azərbaycana rəsmi səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenski "Twitter" səhifəsində yazıb.
O, enerji sahəsində iki ölkənin müştərək maraqları olduğunu qeyd edib: "Ukrayna Cənub Qaz Dəhlizini dəstəkləyir. Onu genişləndirmək imkanlarını araşdırmaqla bağlı razılığa gəlmişik. Bu, Avropa istehlakçılarına qaz tədarükünü şaxələndirmək baxımından əhəmiyyətlidir. Ölkələrimiz nadir tranzit potensialından faydalanmalıdır və bunun üçün infrastrukturu inkişaf etdirməliyik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31