Bu gün YAP namizədlər siyahısını açıqlayacaq
Bu gün YAP namizədlər siyahısını açıqlayacaq
17 Dekabr 2019 10:52 SiyasətHakim Yeni Azərbaycan Partiyası (YAP) 9 fevral 2020-ci ildə keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı namizədlərinin siyahısını bu gün açıqlaya bilər.
Olaylar.az xəbər verir ki, hakim partiyanın yetkililəri növbədənkənar parlament seçkilərinin təyin olunmasından qısa müddət sonra açıqlama vermişdilər ki, artıq siyahı hazırdır.
YAP-ın icra katibi Əli Əhmədov isə bildirimişdi ki, siyahıda "köhnələr də var, yenilər də". Lakin bununla belə YAP gözləmə mövqeyi tutaraq siyahını hələ də açıqlamayıb. Bunun əsas səbəblərindən biri rəqib düşərgənin namizədlərinin məlum olmaması idi.
Artıq müxalifət düşərgəsini namizədlərini açıqlayıb. Bu baxımdan, YAP-ın da bu gün siyahını açıqlayacağı gəzlənilir.