Elmar Məmmədyarov Latviya Milli Kitabxanasını ziyarət edib

Elmar Məmmədyarov Latviya Milli Kitabxanasını ziyarət edib

Latviya Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov Latviya Milli Kitabxanasını ziyarət edib. Nazir Elmar Məmmədyarovu Milli Kitabxananın direktoru Andris Vilks qarşılayıb. Kitabxana haqqında məlumat verən A.Vilks Xarici İşlər nazirinə kitab hədiyyə edib. XİN-dən "Olaylar"a bildiriliblər ki, nazir Elmar Məmmədyarov Latviya Milli Kitabxanası ilə Azərbaycan Milli Kitabxanası arasında daimi təmasların xalqlararası əlaqələrə töhfə verəcəyini qeyd edib. Öz növbəsində Nazir, Latviya Milli Kitabxanasına Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə həsr edilən kitabı hədiyyə edib. Nazir, həmçinin Kitabxanada yaradılmış və ölkəmizə həsr edilmiş müxtəlif kitablardan ibarət daimi Azərbaycan guşəsi ilə tanış olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31