Bəhruz Quliyev: “Prezident İlham Əliyev normal sülh danışıqların aparılmasının, davam etdirilməsinin zəəruriliyini vurğulayıb”

"MDB ölkələrinin dövlət başçılarının Düşənbədə keçirilən Sammiti göstərdi ki, hazırda dünyanın müxtəlif bölgələrində baş verən münaqişələrə, iqtisadi və siyasi problemlərə son qoyulmasa, bu reallıq bəşəriyyət üçün daha acınacaqlı vəziyyət yarada bilər". Sözügedən sözləri "SƏS" Media Qrupunun Baş direktoru, siyasi ekspert Bəhruz Quliyev Olaylar.az-aSammit çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu diplomatik nəticələr əldə etməsinə münasibətini açıqlayarkən deyib. Siyasi ekspert hesab edir ki, keçirilən görüşlər fonunda dövlət başçımızın Ermənistanın baş naziri Nikol Paşinyanla apardığı ayaqüstü söhbəti zamanı irəli sürdüyü fikirləri qarşı tərəfin bir sıra etirafları etməsi ilə nəticəsini tapdı: "Ermənistanın baş naziri dərk etdi ki, güclü, regionda və beynəlxalq arenada çəkisi olan Azərbaycanla kəskin ritorika ilə danışmaq olmaz və bu, onun rəhbərlik etdiyi ölkəyə ancaq ziyan gətirə bilər. Halbuki, buna qədər - aprel ayından başlayaraq Nikol Paşinyan yalnız izafi şəkildə ritorik çıxışlar edir, üstəlik, danışıqlar prosesində heç bir ölkə tərəfindən tanınmayan "DQR"i də cəlb etməyə cəhd göstərirdi. Təbii ki, tanınmayan, qondarma bir quruluşun münaqişə tərəfi kimi danışıqlara cəlb eidlməsi tələbi heç bir siyasi diplomatiyaya və beynəlxalq konvensiyalara sığa bilməzdi. Məhz bunu Paşinyana anladan Prezident İlham Əliyev bütün bunların yerinə normal sülh danışıqların aparılmasının, davam etdirilməsinin zəəruriliyini vurğulayıb".

"Beləliklə, Ermənistanın mövcud siyasi rəhbərliyi də anlamağa məhkum oldu ki, bənzər çağırışlarla heç bir sülhə nail olmaq mümkün deyil. O cümlədən, siyasi, iqtisadi, hərbi və s. sahələrdə davamlı uğurlar əldə edən Azərbaycanla bu dildə danışmaq bu ölkənin gələcəyini təhlükə altına sala blər. Düşünürəm ki, Nikol Paşinyan cənab İlham Əliyevin tövsiyələrindən nəticə çıxarıb". 

"Əgər Ermənistan işğalçılıq siyasətindən əl çəkməyəcəksə, yenə də əvvəlki kimi hərbi ritorika ilə çıxış edəcəksə, bu yalnız erməni xalqı üçün pis sonluq ola bilər. Artıq dünya həqiqətin tərəfindədir və Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti kifayət qədər aparıcı nüfuzlu qurumlar tərəfindən vurğulanıb. Demək olar ki, regionda heç bir önəmli layihələrdə yer almayan Ermənistan bütün bunlardan qurtulmaq üçün bu siyasətindən ələ çəkməyə məcburdur. Prezident İlham Əliyevin növbəti diplomatik qələbəsi bilavasitə bu kimi mühüm reallığı ehtiva etməkdədir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31