Paşinyanın danışıqlardan başqa yolu yoxdur – Şərh
29 Sentyabr 2018 13:57 SiyasətSiyasi icmalçı: "Əks təqdirdə Ermənistanın düşdüyü böhran vəziyyətindən çıxması mümkün deyil"
"Dövlət başçımız İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Düşənbədə baş tutan söhbət Ermənistan tərəfinin bu günədək səsləndirdiyi bəyanatların əhəmiyyətsiz olduğunu göstərir. Paşinyanın görüşdən dərhal sonra açıqlama verməsi, atəşkəs rejiminə əməl olunması barədə razılığın əldə edilməsi ilə bağlı qondarma rejimin başçısı Bako Saakyana məlumat verməsi Ermənistanın baş nazirinin işğal altındakı Azərbaycan ərazilərində yaradılmış qondarma rejimin danışıqlar prosesinə qatılması ilə bağlı fikirləri boşa çıxartmış oldu".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi icmalçı Ehtiram Aşırlı deyib.
bildirib ki, hazırda regionun ən güclü dövləti Azərbaycandır: "Ölkəmiz iqtisadi, hərbi güc, əhalinin demoqrafik inkişafı və sayını da nəzərə alsaq, bu və digər bütün parametrlərlə görə Ermənistanı dəfələrlə üstələyir. Qaldı ki, dünyada hələ heç bir dövlət qondarma "dqr"in müstəqilliyini tanımayıb. Dünya dövlətləri bu əraziləri Azərbaycanın işğal olunmuş ərazisi kimi tanıyır. BMT-nin, Avropa Şurasının, ATƏT-in, AB-nin, İslam Əməkdaşlıq Təşkilatının , Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatının və digər nüfuzlu beynəlxalq qurumların qərarlarında Azərbaycanın ərazi bütövlüyü tanınır".
Ekspert qeyd edib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Paşinyanın səsləndirdiyi bəyanatlar beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmədiyini görürük: "Təbii ki, Azərbaycanın mövqeyinin birmənalı şəkildə qəbul edilməsi ondan xəbər verir ki, rəsmi Bakının münaqişə ilə bağlı mövqeyini bütün dünya ölkələri qəbul edir. Həmin ölkələr də qeyd-şərtsiz Azərbaycan torpaqlarının işğaldan azad edilməsinin tərəfdarıdır".
Ehtiram Aşırlı vurğulayıb ki, Paşinyan və onun kimi düşünən erməni siyasi rəsmiləri şübhəsiz ki, cənab Prezident İlham Əliyevlə danışıqlardan başqa yol olmadığını dərk edirlər. Əks təqdirdə Ermənistanın düşdüyü böhran vəziyyətindən çıxması mümkün deyil.
Nigar Orucova