Millət vəkili: “Azərbaycanın Avropaya inteqrasiyası prosesi sürətlənib"
“Azərbaycan Prezidenti İlham Əliyevi Brüsselə səfəri, keçirdiyi görüşlər, imzalanmış sənədlər Azərbaycanla Avropa İttifaqı və Qətrb arasında münasibətlərin, siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə uğurlu əməkdaşlıq əlaqələrin daha da dərinləşməsinə xidmət edir”. Bunu millət vəkili Azər Badamov deyib.
13 İyul 2018 14:31 Siyasət"Azərbaycan Prezidenti İlham Əliyevi Brüsselə səfəri, keçirdiyi görüşlər, imzalanmış sənədlər Azərbaycanla Avropa İttifaqı və Qətrb arasında münasibətlərin, siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə uğurlu əməkdaşlıq əlaqələrin daha da dərinləşməsinə xidmət edir".
Bunu millət vəkili Azər Badamov deyib.
Deputatın sözlərinə görə, son vaxtlar Azərbaycanın Avropaya inteqrasiyası prosesi sürətlənib: "Yəni bu, onu deməyə imkan verir ki, Avropa İttifaqı Azərbaycanı dəstəkləyir və ölkəmizin ərazi bütövlüyünün təyin olunmasının tərəfdarıdır. Bir neçə gün bundan öncə Azərbaycanla Avropa İttifaqı arasında paraflanmış "Tərəfdaşlıq prioritetləri" sənədi bunu deməyə əsas verir. O sənəddəki müddəalar Azərbaycanın həm iqtisadi, siyasi, həm də ölkəmizin ərazi bütövlüyünün təmin olunmasının Avropa İttifaqı tərəfindən dəstəklənməsidir. Cənab Prezidentin Brüsselə səfəri çərçivəsində NATO-da Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində Ermənistanın işğalçı dövlət olması ilə əlaqədar çıxışı olmuşdur. Həm NATO iştirakçılarının, həm də Avropa İttifaqının Azərbaycanı dəstəkləməsi bir daha onu göstərir ki, ölkəmiz bu gün dünya üçün əhəmiyyətli bir faktordur. Düşünürəm ki, belə dəstək bir daha bizə öz haqq səsimizin təmin olunması üçün həm stimuldur, həm də beynəlxalq dəstəkdir".
SİA