Musa Qasımlı: “Aİ ilə Azərbaycan arasında geniş əməkdaşlıq mövcuddur"

"Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə səfəri zamanı Avropa İttifaqında və NATO-da keçirdiyi görüşlər ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir".

Bunu  millət vəkili Musa Qasımlı deyib.

Onun sözlərinə görə, Avropa İttifaqı ilə Azərbaycan arasında geniş əməkdaşlıq mövcuddur: "Təbii ki, bu əməkdaşlıq tərəflərə fayda verir. Azərbaycan NATO-un sülhməramlı əməliyyatlarında iştirak edir. Eləcə də bir çox proqramlarının iştirakçısıdır. Hesab edirəm ki, cənab Prezidentin Brüsselə səfəri həm Avropa İttifaqı, həm də NATO ilə münasibətlərdə yeni bir səhifəni təşkil edir.

Azərbaycan Prezidentinin və Ermənistan baş nazirinin Brüsselə səfəri güclü, özünə güvənli, prinsipial, böyük hörmət sahibi olan Azərbaycanın fonunda cılız, heç kimə lazım olmayan, olduqca zəif Ermənistanın obrazını açıq nümayiş etdirdi. Bu reallıq Prezident İlham Əliyevin Azərbaycanın milli maraqlarına uyğun yürütdüyü məqsədyönlü və prinsipial siyasi kursun nəticəsidir".

Politoloq: "Prezidentin Brüssel səfəri ölkəmiz üçün yüksək perspektivlər gətirəcək"

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31