Silahlı Qüvvələrə Yardım Fonduna 79.544.198,44 AZN daxil olub

Azərbaycan Silahlı Qüvvələrinin Yardım Fonduna fevralın 1-dək daxil olan vəsaitin məbləği açıqlanıb. “OLAYLAR”-ın xəbərinə görə, məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Azərbaycan Silahlı Qüvvələrinin Yardım Fonduna fevralın 1-dək daxil olan vəsaitin məbləği açıqlanıb. "OLAYLAR"-ın xəbərinə görə, məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb. Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna 1 fevral 2017-ci il tarixədək 79.544.198,44 AZN daxil olub. Bundan başqa göstərilən müddət ərzində fonda 212.673,88 ABŞ dolları, 6235,69 avro və 5000,0 rubl vəsait daxil olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31