Rusiya Ukraynaya "sürpriz" edə bilər
Rusiya Ukraynanın Donbas regionunda qurulan separatçı rejimin müstəqilliyini tanıya bilər. Bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlubildirib.
1 Fevral 2017 11:26 SiyasətRusiya Ukraynanın Donbas regionunda qurulan separatçı rejimin müstəqilliyini tanıya bilər. Bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlubildirib.
Ekspertin sözlərinə görə, Dağlıq Qarabağdakı separatçıların dayağı Ermənistan, Donbass separatçılarının dayağı isə Rusiyadır: "Azərbaycan ordusu son illər peşəkarlığını artırdı, on milyardlarla dollar dəyərində silah, sursat aldı və bu qədər silah paslanmaq üçün alınmayıb.
Eləcə də Ukrayna ordusu son iki ildə yenidən quruldu, yeni silahlarla təchiz olundu. Bu vəziyyətdə həm Azərbaycan, həm də Ukrayna ərazi bütövlüklərini bərpa etmək istəyirlər. Atəşkəsin qeyri-müəyyən müddətə qədər uzanması nə Azərbaycana, nə də Ukraynaya xeyirlidir. Azərbaycanla Ukrayna bu qədər oxşardırlar".
Politoloqun fikrincə, Rusiya Gürcüstan və ya Krım ssenarisini Ukraynada təkrarlaya bilər: "Yəni Moskva görsə ki, Donbass separatçıları Ukrayna ordusu qarşısında tab gətirə bilmir, birincisi, Abxaziya və Cənubi Osetiyada olduğu kimi bu iki bölgənin "müstəqilliklərini" tanıyacaq, ikincisi, bu bölgələrlə imzalayacağı müqavilə əsasında ordusunu Ukraynanın şərqinə daxil edəcək, ara bir az sakitləşən kimi də "referendum" keçirib Donetski və Luqanskı Rusiyaya birləşdirəcək". Milli.az