Keçmiş ümidçinin istefasının səbəbləri
Rəşad Əlizadə: “İqbal Ağazadənin erməniyə vətəndaşlıq verilsin təklifini mən də bir çox azərbaycanlı kimi qınayıram”
6 Aprel 2015 16:53 Siyasət"Partiya sədrinin bu çıxışından sonra bir saniyədə olsa o partiyada durmazdım"
Son vaxtlar müxtəlif müxalif partiyalardan istefalar baş verir. Bir müddət əvvəl Müsavat və Azərbaycan Xalq Cəbhəsi Partiyasında baş verən istefa dalğası indi də Ümid Partiyasında müşahidə edilir. Bu günlərdə üzvü olduğu partiyadan istefa verdiyini bildirən Rəşad Əlizadə istefasının səbəblərinə aydınlıq gətirib: "Bir neçə gün öncə üzvü olduğum partiyadan könüllü sürətlə istefa etmə qərarımı açıqladım. Mən Qazaxıstanda yaşayan, Azərbaycan Respublikasının vətəndaşı olaraq Ümid Partiyasının sıralarına qatılmağı özüm xahiş etmişəm. Məlum məsələdir ki, Bakıdan adi bir maaş işi üçün Qazaxıstana getməmişəm. 30 yaşım olmasına baxmayaraq Qazaxıstanda iki şirkətim var. Biri Sp-Decor LTD (şərikli) digəri isə Alizade LTD (müstəqil). Bundan əlavə TURAN Azərbaycanlıları Konqresi ictimai birliyinin vitse prezidenti olandan üç gün sonra, İctimai Birliyin prezidenti əvəzi fəaliyyətə başlamışam. Bundan əlavə, TÜDİB (Türk Dünyası İş Adamları Birliyi) qurulub və mən ora maliyyə sorumlusu vəzifəsinə təyin olmuşam. Bu qurum, Türk Dünyası Mədəniyyətləri fondunun nəzdində qurulan bir qurumdur. Yəni bu da o deməkdir ki, rəsmi təşkilatımızın Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Azərbaycan, Türkiyə və Monqolustan vətəndaşları arasında yaradılan bir idarə heyətimiz və üzvlərimiz vardır. Mənim Ümid Partiyasına daxil olma səbəbimi açıqlamışdım və təkrarlayıram. Yazılarımın birində də qeyd etmişdim ki, Ümid Partiyasının sıralarına daxil olma səbəbim açıqdır. Yeganə partiyadır ki, bu partiyanın ideyalarını öz ideyama uyğun bildiyim üçün bu partiyaya üzv olma qərarı alıb və müraciət etdim". Rəşad Əlizadə bildirib ki, partiyadan ayrılma səbəbini Ümid Partiyasının idarə heyəti bir bəhanə kimi adlandırsada, əslində bu bəhanə deyil: "Bunu sadəcə özlərini təmizə çıxarma bəhanəsi kimi adlandırıram. Mənim partiyadan istefa etmə səbəbim ilk növbədə Ramin Hacılının yazdığı status olub. O, bir status yazmışdı. "Ermənilərə nifrət etmək yalnışdır" sözündən sonra mən onun statusuna yazdığım yazını olduğu kimi sizə təqdim edirəm. Ermənilərə nifrət etmək bizim şərəf borcumuzdur, erməniyə nifrət etməyən şəxsin nə şəxsiyyəti, nə də ki, şərəfi var. Mənim yönüm açıq-aşkar bəllidir. Ümid Partiyasının bayrağında olan 3 ay ulduz simvolu türkçülüyün və İslamın rəmzi olduğu üçün mən bu partiyanı seçmişəm. 3 ay ulduzun mənası türklərin təmsil etdiyi Avropa, Asiya və Afrika qitələri həmçinin, 3 ayı təmsil edir və bu aylarda, Rəcəb, Şaban və Ramazan aylarıdır. Bu baxımdan mən bu partiyanı seçdim ki, həm Türkün, həm də İslamın düşməni erməni olduğunu bilirlər. Amma onlar haqqında olan fikirim yalnış oldu. Sadəcə bəzək xatirinə qoyublar bilmədən. Əslində mənim partiyaya siravi bir üzv olacağım haqda məlumatım olsaydı, fevral ayının əvvəli zəhmət çəkib Bakıya getməzdim. Bu gün mənim adımı çəkməyərək söz yazan sədr müavinləri də, sədrin özü də məni Səbail rayon təşkilatının sədri olmağıma dair verdikləri açıqlama üçün Bakıya getdim. Fəal olmamışam? Qazaxıstanda iki nüfuzlu müxalifət partiyası ilə görüş keçirmişəm. Lakin üzvlüyüm rəsmi olmadığı üçün Ümid Partiyası ilə o partiyaların arasında heç bir anlaşma yarada bilməmişəm. Adi bir üzvün nə həddinədir ki, getsin xarici partiya ilə danışıq keçirsin? Mən həqiqətən də fəal olmaq niyyəti ilə bu yola girdim lakin, olmadı". Rəşad Əlizadə deyib ki, partiya sədri İqbal Ağazadənin şəxsinə hörməti var: "Partiyadan ayrılmağımın ona aidiyyatı yoxdur. Mənim Ramin Hacılı (sədr müavini) ilə aramda fikir ayrılığı olduğu üçün partiyadan ayrılmışam. Lakin ondan bir gün sonra da İqbal Ağazadənin erməniyə vətəndaşlıq verilsin təklifini mən də bir çox əsl azərbaycanlı kimi qınayıram. Ramin ilə mübahisəm olmasaydı da, Partiya sədrinin bu çıxışından sonra bir saniyədə olsa o partiyada durmazdım. Erməni Qriqoryan Qarabağda doğulub deyə Azərbaycan vətəndaşı sayılırsa, o zaman bütün Ermənistan Azərbaycanın tarixi əraziləridir və Gülüstan müqaviləsini xatırlamağı tövsiyyə edirəm. Ömrümüz boyu, Babəkin də, Xətainində və ondan öncə dönəmlərin dövründə də ermənilər bizim əzəli və əvəz edilməz düşmənimiz olub. Bunları unutdurmağa çalışanların, tarixin təkrarlanması proyekti oyununun oyuncaqlarıdır". Rəşad Əlizadənin sözlərinə görə, son zamanlar Azərbaycanda dəb düşüb və bir çoxu deyir ki, ərəblər bizi korladı və s. Həzrəti Məhəmməd (s.a.s) Qurani Kərimi bizə Ərəb dilində əmanət edib. ALLAH, Bütün dünya müsəlmanlarının ortaq dili Ərəb (Qurani Kərim) dili elan edib. Hər bir duamız Ərəbcədir lakin bu gün Rəbbimizə Tanrı deyərək müraciət edirlər. Mən Tanrıya qarşı çıxmıram. Mənim Tanrım da, Rəbbim də cənab Allahdır və Allah şahidimdir ki, mən nə Babəki danıram, nə Şah İsmayıl Xətaini. Siz istəsəniz də, istəməsəniz də onlar bizim tariximiz və genimizdirlər. Babək də, İsmayıl da Türkçülük uğrunda mübarizə aparıblar. Azərbaycan odlar diyarı adlanır (Babək zamanından) bunları danmağın, inkar etməyin, erməniyə sevgi genimizə nifrət bəsləməyin nə anlamı var ki? Tarixini, kimliyini danan düzgün etmir. Odur ki, mən Azərbaycanda bütün siyasi partiyalarla eyni fikirdə olmadığımı açıqlayıram və qismət olarsa mən yeni bir partiya quracam. Bu partiya heç bir Azərbaycan siyasi partiyaları ilə əməkdaşlıq etməyəcək. Çünki, mənim partiyam Avropa, Rusya, Amerika, İran və İsrail kimi Türk düşmənlərinin dostu (əl altısı) olmayacaq. Son sözüm odur ki, hər kəsin əqidəsinin kəskin olması, Azərbaycan xalqının və qüdrətli Türk millətinin şərəf borcudur".
Füzuli