Milli Şuranın daha bir mitinq şousu

Milli Şura adlanan qurum həftə sonu daha bir uğursuz aksiya keçirdi. Əvvəlcədən də proqnozlaşdırldığı cəmiyyət Milli Şuranın martın 15-də təşkil etdiyi mitinq kimi 5 aprel aksiyasına dəstək vermədi. Baxmayaraq ki, təşkilatçılar 5 aprel aksiyasında 10 minə yaxın insanın iştirak etdiyini iddia edirlər. Mitinq zamanı ən diqqət çəkən məqamlardan biri də ictimaiyyət nümayəndələrinin aksiya iştirakçılarına etiraz etməsi oldu. Belə ki, verilən məlumata görə, bir qrup şəxs mitinq təşkilatçılarına etiraz əlaməti olaraq onları ərzaq məhsullarına "qonaq" edib.

5 aprel aksiyasında diqqət çəkən digər bir məqam təşkilatçıların hər zaman olduğu kimi yenə də xarici təşkilat və qurumların bayraqları ilə meydana çıxamsı olub. Bəs görəsən, Milli Şuranın təşkil etdiyi aksiyalara cəmiyyətin dəstək verməməsinin başlıca səbəbi nədir?
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı bildirib ki, əslində bu hansısa məsələyə etiraz etmək yox, mitinq adı ilə pul qazanmaqdır. Bunu gözəl bilən Azərbaycan xalqı dab u kimi aksiyalara dəstək vermir, əksinə mitinq keçirənlərin özünə etiraz edir: "Əli Kərimli "mitinq" adı ilə pul qazananda bilmirdi ki, xalq ona kartof-soğan atacaq? Əli Kərimliyə kartof atanları yaxşı başa düşürəm. Həftədə bir dəfə istirahət günü olur, onu da Əli Kərimli əllərindən alıb. Ona görə də həmin insanlar Əli Kərimlinin diqqətinə çatdırırlar ki, get başqa yerdə pul qazan. Yaxud Gültəkin Hacıbəyli 5 ildən bir siyasi mövqeyini dəyişəndə bilməli idi ki, sonda ona soğan atacaqlar". Niyaməddin Orduxanlı aksiyada məhdud sayda insanların, daha doğrusu Əli Kərimlinin yaxın ətrafının iştirak etdiyini bildirib: "Onların da mitinqlərə hansı yolla cəlb edildiyi hər kəsə bəllidir. Fuad Qəhrmanlı utanmadan deyir ki, mitinqdə 10 000 adam iştirak edir. Bütün millət görür ki, bu adam ağ yalan danışır. Görün bunlar hakmiyyətə gəlsələr, səlahiyyət sahibi olsalar nələr danışıb, nələr edərdilər". BAXCP rəsmisi mitinqdən əvvəl Əli Kərimlinin islamçılara dəstək üçün müraciət etməsinə də toxunub. Bildirib ki, Əblfəz Elçibəy sağ olsa idi Əli Kərimlinin dindarlara müraciətini oxuyub, onu partiyadan dərhal xaric edərdi". Sonda partiya rəsmisi Əli Kərimlinin ətrafında toplanan gənclərə  tövsiyyə verib: "Fransa, Türkiyə, Almaniyada oturub milləti 5 aprel mitinqinə dəvət etməkdən asan nə ola bilər ki? Bütün bu mitinqlər, həmin aksiyanı çağıranların cari rifahının yaxşılaşdırılması naminədir? Əlinin, Cəmil Həsənlinin, başqa liderlərinizin. Gözünüzü açın, başınızı qaldırın. Öz dolanışığına baxın, onlara baxın. Hər mitinqdən sonra onların daha yaxşılaşan dolanışığna baxın. Öz sədrinə, onu yetişdirənə xəyanət edən Əli Kərimli sizə nə gün ağlaya bilər? Əbülfəz Elçibəyə ən böyük yaramazlıq edən, onu öz mətbuatında təhqir edən Əli Kərimliyə dəstək verən və özlərini "Elçibəyçi" adlandıran gənclərə səslənirəm, bütün bunlar mənim də gözlərimin qarşısında baş verib".
 


Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00