Radikal müxalifətin ixtiyarı öz əlində deyil

"Milli Şura"adlandıran bir qrup radikal müxalifət partiyalarının birgə təşkil etdiyi növbəti aksiya uğursuz başlayıb, uğursuz da başa çatdı. "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən politoloq Ramiz Alıyev bildirib ki, aksiyada o qədər insanın iştrak edəcəyi öncədən məlum idi: "Ona görə ki, Əli Kərimli və yanında olub özünü "siyasi lider" adlandıran, hər gün səfirliklərin "elçi daşının" üstündə oturub boynunu bükən bu qrant həvəskarları təşkil etdikləri aksiyada şər -böhtan dolu fikirlərdən başqa heç nə səsləndirmirlər. Onların bu cür şər-böhtan səsləndirmələrinə də təəccüblənmirəm. Ona görə ki, radikal müxalifətin səlahiyyəti və ixtiyarı öz əlində deyil. İdarə olunan avtomobilə bənzəyirlər. Əyləc, sürət və sükan başqasının ixtiyarında olur və hər zaman istədikləri kimi idarə edirlər. Ancaq milli müxalifət olsaydılar, cəmiyyətin və xalqın ən böyük problemi olan Dağlıq Qarabağ münaqişəsindən, erməni terrorizmindən danışmalı və bu münaqişənin həll yolu ilə bağlı özlərinin təklif planı haqqında aksiya iştirakçılarına məlumat verməli idilər. Hər zamanki kimi yenə də öz ampulualarında çıxışlar edib aksiyada iştirak edən insanlara yalnış və həqiqətə uyğun olmayan məlumatlar verdilər. Ramiz  Alıyev radikal müxalifətin və Əli Kərimlinin iş yerlərinin olmamasından şikayətlənməsinə cavab olaraq deyib ki, təkcə son 10 il ərzində Azərbaycanda açılan yeni iş yerlərinin və həyata keçirilən infrastruktur layihələrinin sayı Əli Kərimlinin başında olan tükün sayından çoxdur: "Onların əllərində tutaraq oxuduqları vərəqdə yazılan yazını belə həmin dairələrlə məsləhətləşib yazıblar. Bu aksiyanı da Əli Kərimli və radikal müxalifətin erməni lobbisi və bir neçə xarici ölkə səfirliklərinin qarşısında vermiş olduqları növbəti uğursuz "imtahanı" kimi başa düşmək olar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00