“Qarabağ erməniləri ilə iş aparmaq lazımdır” – Politoloq

"Dağlıq Qarabağ erməniləri ilə iş aparmaq lazımdır". "Olaylar"ın məlumatına görə, millət vəkili Zahid  Orucun "Azərbaycan təslim olan erməniləri qəbul etməyə nə qədər hazır olduğunu nəzərdən keçirməlidir" fikrinə münasibət bildirən politoloq Elxan Şahinoğlu belə deyib. "Zahid Orucun təklifi yerindədir, Qarabağ erməniləri ilə iş aparmaq lazımdır. Bir əlimizdə silah, o birisində qeyri-standart təkliflərimiz olmalıdır. Parlamentin spikerinin səslənən təkliflərə reaksiyasını isə anlamadım. Biz Ermənistanda yaşayanların Azərbaycana gəlməsini yox, Dağlıq Qarabağın erməni əhalisinin məcazi mənada Azərbaycana gəlməsini istəyirik" - deyə E.Şahinoğlu qeyd edib. Xatırladaq ki, spiker Oqtay Əsədov Milli Məclisin aprelin 3-də keçirilən iclasında "Dağlıq Qarabağda doğulan ermənilərə Azərbaycan tərəfindən qaçqın statusu verilsə, Ermənistanda adam qalmaz, hamısı Azərbaycana gələr" fikrini səsləndirib. O.Əsədovun münasibətini bildiriyi məsələni deputat iqbal Ağazadə parlament qarşısında təklif kimi irəli sürüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00