Ümid Partiyasından istefa
3 Aprel 2015 14:18 SiyasətDaha bir müxalifət partiyasında istefalar başlayıb. "OLAYLAR"-ın xəbərinə görə, Ümid Partiyasının üzvü Rəşad Əlizadə partiya sıralarından uzaqlaşdığını bildirib. Öz facebook profilində Rəşad Əlizadə istefasının səbəbini Ramin Hacılı ilə əlaqələndirib: "Ümid Partiyasının sıralarına daxil olandan sonra, hər yazılarımda özümü Ümid Partiyasının üzvü olaraq təqdim edirdim. Bu günlərdə öz şəxsimə olan hörmətsizliyə görə belə bir qərara gəldim ki, ermənini dəstəkləyən, xalqımızı ermənilərə nifrət etməməyə çağıran Ramin Hacılının olduğu partiyada, onun olduğu mübarizədə, onun olduğu yolda mən yoxam". Rəşad Əlizadə istefasının partiya sədri İqbal Ağazadə ilə heç bir əlaqəsi olmadığını bildirib: "Mənim mövqeyim tək yönədir. O da, Böyük TURAN dövlətinə gedən yoldur. Mənim dostum, canım, sirdaşım nə Avropa, nə Rusya, nə İran, nə Amerikadır. Mənim dostum, qardaşım, mənim özüm Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyədir".