“Kəlbəcərin işğalı, Qarabağ savaşında hər şeyi əleyhimizə çevirdi”
Erkin Qədirli: “Oraya mütləq qayıdacağıq, oraları yenidən bizimki edəcəyik”
3 Aprel 2015 13:49 Siyasət"Kəlbəcərin işğalından 23 il keçdi. Rusiyanın yardımı və bizimkilərin cinayətkar səhlənkarlığı olmasaydı, ermənilər Kəlbəcəri (elə başqa yerlərimizi də) işğal edə bilməyəcəkdi". "Olaylar"ın məlumatına görə, siyasi analitik, "Real" Hərəkatı idarə heyətinin üzvü Erkin Qədirli belə bir fikirlə çıxış edib. Kəlbəcəri pis tanımıram. Orada bir neçə dəfə olmuşam (sovet vaxtı). Yaxşı xatırlayıram, Orada olduğum günlərin birində, İstisuda dolu yağmışdı. Dolu yolu dağıtmışdı. Oradan helikopterlə çıxmalı olduq (başqa yol yoxdu). 1992-ci il aprelin 2-də Kəlbəcərin işğalı xəbəri gələndə, ilk olaraq oranın yolları canlanmışdı xatirəmdə. Oranı müdafiə etmək coğrafi baxımdan çətin olmamalıydı. Cinayətkar səhlənkarlıq olmuşdu, ən azından. Kəlbəcərin işğalı, Qarabağ savaşında hər şeyi bizim əleyhimizə çevirdi. Çox strateji bir yerdir Kəlbəcər. Oraya mütləq qayıdacağıq, oraları yenidən bizimki edəcəyik" - deyə E.Qədirli qeyd edib.