Siyasi partiyaların maliyyə hesabatlarını MSK-ya təqdim etməsi üçün nəzərdə tutulan müddət başa çatıb

Siyasi partiyaların illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim etməsi üçün qanunvericilikdə nəzərdə tutulan müddət başa çatıb. APA-nın məlumatına görə, 2014-cü il oktyabrın 1-də Milli Məclis "Siyasi partiyalar haqqında" qanuna dəyişikliklər edib. Əvvəllər siyasi partiyalar illik maliyyə hesabatlarını hesabat dövrü başa çatdıqdan sonra növbəti ilin aprel ayının 1-dən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim ediblər. Dəyişikliyə əsasən siyasi partiyalar bu ildən başlayaraq illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq, MSK-ya təqdim etməlidir. Eyni zamanda MSK bu barədə məlumatları internet saytında yerləşdirilməli və ictimaiyyət məlumatlandırılmalıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00