Xanlar Vəliyevə “Əməkdar hüquqşünas” fəxri adı verildi
18 Mart 2015 20:46 SiyasətAzərbaycan Prezidenti İlham Əliyev Xanlar Vəliyevə "Əməkdar hüquqşünas" fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.Sərəncamda qeyd olunur ki, prokurorluq orqanlarında uzun müddətli səmərəli fəaliyyətinə və qanunvericiliyin inkişafında xidmətlərinə görə Xanlar Rüstəm oğlu Vəliyevə Azərbaycan Respublikasının "Əməkdar Hüquqşünas" fəxri adı verilsin.X.Vəliyev Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Hərbi prokurorudur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00